Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatçısı Şirin İbadi mayın 6-8-də Bakıda Cənubi Qafqaz Forumuna qatılacaq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda 200-dən artıq nüfuzlu elm adamı, strateq, eləcə də dünyanın 50-dən çox ölkəsindən sabiq ölkə və hökumət rəhbəri iştirak edəcək.
Şirin İbadi Nobel sülh mükafatını 2003-cü ildə demokratiya, qadın və uşaq hüquqları uğrunda mübarizəyə görə alıb.
“Media forum”