İmişlidə ağır qəza: 4 ölü

İmişlidə dəhşətli avtomobil qəzası baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dörd gəncin ölümü ilə nəticələnən dəhşətli qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 78-ci kilometrliyində İmişli rayonu, Ağaməmmədli kəndindən keçən hissəsində baş verib. İmişli rayon istiqamətində hərəkətdə olan toy karvanındakı 16 yaşlı Musayev Vüsal Beydullah oğlunun idarə etdiyi “VAZ-21015” markalı minik avtombili qarşıdan gələn Gürcüstan vətəndaşı Yahyayev Şahinin idarə etdiyi “SHACMAN” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayonu Əliyetməzli kənd sakinləri 1994-ci il təvəllüdlü Fətullayev Fətulla Əzizağa oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Rahib Nizam oğlu, 1998-ci il təvəllüdlü Musayev Vüsal Beydullah oğlu və 1996–cı il təvəllüdlü Məmmədov Elşən Kamran oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin meyitləri avtomobildən xüsusi alətlərlə çıxarılıb. Faktla bağlı araşdırma aparılır.