Rusiyanın İjevsk şəhərində polis polkovniki mübahisə vaxtı azərbaycanlı qonşusunu güllələyib. Udmortiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqraraq danışdığını eşidib evindən çıxıb, onlardan özlərini sakit aparmağı tələb edib. Məlumatda bildirilir ki, qışqıraraq mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silaha əl atıb, atəş açaraq onları güllələyib. Bir nəfər həlak olub, digəri isə yaralanıb.
İnformasiya şöbəsi


