Yarımfinal püşkləri atıldı

Aprelin 12-də UEFA Çempionlar Liqasının və Avroliqanın 1/2 final mərhələsinin püşkü atılıb.

Çempionlar Liqasının yarımfinal mərhələsində Bavariya (Almaniya) Barselona (İspaniya), Borrusiya Dortmunt (Almaniya) isə Real Madrid (İspaniya) ilə rastlaşacaq. İlk oyunlar aprelin 23-24-ü, cavab oyunları isə aprelin 30-u və mayın 1-də keçiriləcək.

Avroliqanın yarımfinalında isə Fənərbaxça (Türkiyə)  Benfika (Portuqaliya), Bazel (İsveçrə) Çelsi (İngiltərə) ilə qarşılaşacaq. İlk oyunlar aprelin 25-i, cavab oyunları mayın 2-də baş tutacaq.