Nodar Şaşıqoğlu Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib
Xalq artisti Nodar Şaşıqoğlu bu gün dünyasını dəyişib. Lent.az-ın verdiyi məlumata görə, acar əsilli xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Nodar Şaşıqoğlu Azərbaycan və Rusiyanın xalq artistidir. Azərbaycan tamaşaçılarına “Mixaylo” obrazı ilə kimi əziz olan Nodar Şaşıqoğlu 1983-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.
Xatırladaq ki, xalq artisti 1927-ci il Tbilisidə dünyaya gəlib. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad alıb. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib.
Aktyor “Onun böyük ürəyi” ( 1958), “Uzaq sahillərdə” ( 1958), “Əsl dost” (1959), “Matteo Falkone” ( 1960), “Səhər” ( 1960), “Bizim küçə” (1961), “Leyli və Məcnun” (1961), “Telefonçu qız” (1962), “De ki, məni sevirsən!” (1977), “Sevinc buxtası” ( 1977) filmlərinə çəkilib.