«Azərbaycanda sıravi kriminal yoxdur, kriminal dövlətin içindədir»
«Bu gün YAP qalmayıb, yalnız quldurlardan ibarət dəstə qalıb»
“Bu gün Azərbaycandakı rejim, Azərbaycan vətəndaşları ilə işğalçı kimi davranır”. Bu sözləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının təsis konfransında çıxışı zamanı deyib. Məlumat üçün deyək ki, Milli Birlik Şurasının təsis konfransı Isveçrənin Bazel şəhərində keçirilib.
Elşad Abdullayev çıxışında qardaşı Mahir Abdullayevlə bağlı məsələyə diqqət çəkərək deyib: “Artıq 10 ildir qardaşımın məsələsi davam edir. Mən gördüm ki, bütün hüquq-mühafizə orqanları, məxfi orqanlar bizim üstümüzə tökülüb. Heç ermənilərlə belə vuruşmurlar. Bir qardaşımı oğurladılar. O birini zəhərlədilər.
Mən Strasburqa öz xoşumla gəlməmişəm. Indiki hakimyyətin təkidiynən gəlmişəm. Məni özləri göndərdilər ki, Avropada itirsinlər. Əvvəlcə məni Şturtqarta göndərdilər, saxta bolqar pasportu verdilər. Və gündə də yemək-içmək.
Bizim prosesləri izləyənlər bilir ki, bir Sevinc Babayeva vardı. Ramiz Mehdiyevin vasitəçisi. Onu dünyanın gözünün qabağında aradan götürdülər. Bunların iş prinsipi belədir. Əvvəl saxta posport verirlər, xaricə göndərirlər, sonra da zəhərləyib öldürürlər. Saxta posportu da ona görə verirlər ki, həmin adamı öz kimliyi ilə axtarıb tapmaq mümükün olmasın. Ona görə də mən posportu özlərinə qaytardım. Bunlar çox həyasız, əxlaqsız adamlardı.
Azərbaycanda siyasi hakimiyyət dövlət hakimiyyətini yeyib, məhkəmə hakimiyyətini yeyib, qanunvericilik hakimiyyətini yeyib. Bu hakimiyyət terrorudu.
Mən kiminsə adına bazar işlədən, obyekt işlədən görmüşdüm. Ancaq prezidentin adına belə bir reallığı Azərbaycanda gördüm. Bunlar xalqa öz vətəndaşları kimi baxmayıblar. Azərbaycanda sıravi kriminal yoxdur, kriminal dövlətin içindədir.
Mən qardaşımın işində qarşıma hansısa kriminalın çıxacağını gözləyirdim. Ancaq dövlət özü çıxdı. Kriminlallar bunlardan mərifətli adamdılar. Heç olmasa kişilikləri olur, dedikləri sözə əməl edirlər. Bu hakimiyyətdəkilər o qədər təhlükəlıi insanlardı ki, bunu 30 dəqiqədə, 1 saatda anlatmaq mümkün deyil. Xalq, millət, dövlət üçün təhlükəli adamardılar.
Bu gün YAP partiyası qalmayıb, yalnız quldurlardan ibarət dəstə qalıb.
Bunlar bizi terror yoluna çəkiblər, biz isə bunları hüququ müstəviyə çəkirik. Bunlar hüquqi müstəvidə, haqq-ədalətlə bacarmırlar. Bunlar ancaq kimisə zəhərləməyi, öldürməyi, aldatmağı bacarırlar”.