Aprelin 11-də özünü hərbi kazarmanın binasından atan Daxili Qoşunların əsgəri Fərman Hüseynov hospitalda dünyasını dəyişib.
Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova “Lent.az”a bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır. 18 yaşlı əsgər aprelin 11-də saat 15 radələrində özünü kazarmanın 3-cü mərtəbəsindən atıb.
***
11.04.2013
Aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə aparılan əsgər Hüseynov Fərman Sərvan oğlu intihara cəhd edib. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Daxili Qoşunlara məxsus Bakıdakı hərbi hissədə xidmət keçən Fərman Hüseynov özünü kazarmanın binasından atıb. Ciddi xəsarət alan əsgərin vəziyyəti ağırdır. Fərman Hüseynovun hansı səbəbdən intihar etdiyi bəlli deyil.