“Onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur, gəlsə döyüləcək”
Müsavat Partiyasının mətbuat xidmətindən “musavat.com”a verilən məlumata görə, partiya başqanı İsa Qəmbər prezidentliyə namizəd kimi aprelin 14-də Cəbrayıl rayonundan olan fəallarla olacaq. Görüş partiyanın mərkəzi qərargahında baş tutacaq.
Məlumatla əlaqədar “moderator.az”ın sorğusuna Cəbrayıl rayon icra başçısı Mahmud Quliyev dövlət rəsmisinə yaraşmayan tərzdə cavab verib. “İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir. Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək, biabır olub, qayıdacaq”, – deyə o bildirib.


