guler ahmedova

Gülər Əhmədova ilə hakimiyyət arasında gizli anlaşma

guler ahmedovaSabiq deputat «mandat alveri» ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürür, əvəzində…

Sabiq deputat Gülər Əhmədova ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, sabiq deputat Elşad Abdullayevlə bağlı “mandat qalmaqalı”nda məsuliyyəti öz üzərinə götürməyə razılıq verib. Gülər Əhmədovanın bu addımı atmasına səbəb ona qısa müddətdə azadlığa buraxalılacağı barədə vəd verilməsi olub.
Lakin sabiq deputat verilən vədin yerinə yetiriləcəyinə tam əmin olmaq üçün şərt irəli sürüb. Bu şərt sabiq deputat barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən ibarətdir. Təsadüfi deyil ki, artıq bununla bağlı vəsatət hazırlanır. Bu barədə Gülər Əhmədovanın vəkili Raqif Mustafayev mətbuata açıqlamalarında bildirib.
Bu vəsatət təmin olunacağı təqdirdə sabiq deputat “mandat alveri”ndə bütün məsuliyyəti öz üzərinə götürüb, müəyyən etiraflarda bulunacaq.
Hələ bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, hakimiyyət bu qalmaqalın böyüməməsi üçün problemi Gülər Əhmədovanın mərhum rəfiqəsi Sevinc Babayevanın həbs olunması ilə həll etmək istəyib. Məqsəd Sevinc Babayevanı bütün məsuliyyəti öz üzərinə götürməyə məcbur etmək və bunun sadəcə dələduzluq əməli olması barədə rəyə yaratmaq olub. Lakin Sevinc Babayevanın qəfil ölümü vəziyyəti dəyişib. Hakimiyyət anoloji planı Gülər Əhmədovaya tətbiq etmək istəyib. Sabiq deputat isə heç bir halda bu məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürməyəcəyini bildirib. Lakin getdikcə böyüdüyünü görən hakimiyyət Gülər Əhmədovanın həbs etməyi məqsədəuyğun sayıb. Sabiq deputatın hakimiyyətin əleyhinə bəzi açıqlamalar verəcəyi narahatçılığı onun yaxınlarını da hədəfə gətirib. Gülər Əhmədovanın oğlu və həyat yoldaşı barədə müəyyən kompromatlar toplanılıb.
Beləliklə də Gülər Əhmədovanın danışmaq imkanı da minimuma endirilib. Görünür, sabiq deputat vəziyyətin bu cür davam etməsinin müsbət nəticə verməyəcəyini düşünüb. Bu baxımdan  nəhayət, hakimiyyətin təklifini qəbul etməyə məcbur olub.