“Barselona” və “Bavariya” yarımfinalda

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin bütün iştirakçıları məlum oldu.  

Çempionlar Liqasının 1/4 final mərhələsinin təkrar oyunları çərçivəsində “Barselona” öz meydanında PSJ-ni qəbul edib. Oyunda hesabı qonaqlar açıb. 50-ci dəqiqədə Pastore “Barsa”nın qapısından top keçirdi. Lakin 71-ci dəqiqədə Pedro Rodriges “Barsa”nın bərabərlik qolunu vurdu.  Oyun bu hesabla başa çatdı. İlk oyun 2:2 hesabı ilə başa çatdığından səfərdə vurduğu qollar hesabına yarımfinala adlayan tərəf “Barsa” oldu.  
Digər oyunda isə “Bavariya” “Yuventus”un qonağı olub. İlk qarşılaşmada rəqibinə 2:0 hesaı ilə qalib gələn “Bavariya” yenidən bu hesabla qalib gələrək yarımfinala çıxıb.

Beləliklə “Real”, “Borussiya” “Barselona” və “Bavariya” ÇL-in yarımfinalında mübarizəni davam etdirəcəklər.

Fizzə