Qarabağ qazisinin həyatı təhlükədədir; ona yardım tələb olunur

Uzun müddətdir omba sümüyündəki problemlə əlaqədar yataq xəstəsi olan Qarabağ qazisi Ruxsarə Cumayevanın səhhəti ağırlaşıb. Onun təcili əməliyyata ehtiyacı var. Lakin bunun üçün tələb olunan 28 min manat vəsiti tapa bilmir. Bu məqsədlə Facebook-da xüsusi səhifə yaradılıb və kömək üçün müraciət olunub. Müraciətdə bildirilir:

“Qarabağ qazisi Ruxsarə (Tutu) Cumayevanın səhhətində ciddi problemlər var. Əgər təcili əmaliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq. Nəzərinə çatdırırıq ki, Tutu Cumayeva birinci Qarabağ müharibəsi zamanı, ali təhsilini yarımçıq qoyaraq səhhətindəki problemlərə baxmayaraq ön cəbhəyə getmiş, son döyüşlərə qədər bir türk qadını olaraq böyük şücaət və mərdliklə son ana qədər əsgərlərimizin yanında olmuş, onlarla Azərbaycan əsgərinin həyatını xilas etmişdir.

Dövlət, millət, vətən yolunda borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisi Tutu Cumayevanın Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı vardır. Nəzərinizə çatdıraq ki, hal-hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qız övladı vardır. Qarabağ qazisi Tutu Cumayevanın təcili olaraq əməliyyat keçirilməsi üçün 28 min AZN məbləğində vəsait tələb olunur”.

Qeyd edək ki, Zaqatalada doğulan Rüxsarə Cumayeva Qarabağ uğrunda savaş başlayarkən bu rayonun hərbi komissarlığına müraciət edib və omba nahiyəsində anadangəlmə tramva olmasına baxmayaraq, könüllü şəkildə cəbhəyə yollanıb. Cəbhədə Tutu adı ilə tanınan Cumayeva tibb bacısı kimi böyük şücaətlər göstərib, çoxsaylı döyüş əməliyyatlarının iştirakçısı olub, qəlpə yaraları alıb.

Onun müalicəsi üçün yaradılan Facebook səhifəsində bank rekvizitləri və əlaqə telefonları da yerləşdirilib. İmkanlı şəxslərdən bu qəhrəman xanımın həyatını xilas etmək üçün kömək göstərmələri xahiş olunur:

Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı
Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158
Vöen: 9900003611
Telefon : 012 440 – 15- 54
Kod : 200123
Swift bik : AİİBAZ2X
M/Hesab : 0137010001944
S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab № 38010019441203449112

(+994)12-449-40-26 Rəqsanə Qurbanlı
(+994)55-327-11-94 Aqşin Hədəf
(+994)70-531-08-42 Emin Fərhadi
(+994)51-984-20-75 Tamerlan Baxşı
(+994)51-567-91-27 İlkin Bozqurd
(+994)55-923-99-31 Sevinc Əliyeva