iran-bayraq-bina

İran Azərbaycanı özünə birləşdirmək istəyir

iran-bayraq-binaBu məqsədlə ölkə parlamentində qanun layihəsi hazırlanır

İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən Irana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.
APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq, Iranın şimal regionlarından olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Iran hökumətinin bu nümayişkəranə addımı təbliğat məqsədi daşıyır. Politoloqun sözlərinə görə, eynilə, Milli Məclis də Cənubdakı torpaqlarımızın Azərbaycan Respublikasına birləşdirilməsi məsələsini müzakirəyə çıxarıb, belə bir qanun qəbul edə bilər. Iran hökuməti özü də yaxşı başa düşür ki, bu, praktiki baxımdan mümkünsüzdür. Iran Azərbaycana təcavüz edib torpaqları işğal edən deyil. Iranın özünün o qədər problemi var ki…”
Vəfa Quluzadənin fikrincə, bu, Iran tərəfinin bugünlərdə Bakıda keçirilən Cənubi Azərbaycanla bağlı konfransa cavab reaksiyasıdır: “Demək istəyirlər ki, siz konfransda Cənubi Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirirsiz, biz də parlamentimizdə sizi İran imperiyasına daxil etmək istəyirik”.

Informasiya şöbəsi