UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları başlayıb. Ötən gecə Türkiyənin “Qalatasaray” klubu öz meydanında İspaniyanın “Real Madrid” komandası ilə qarşılaşıb. “Qalatasaray” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Lakin iki oyunun ümumi nəticələrinə görə növbəti mərhələyə “Real Madrid” çıxıb (ilk oyun 3:0 “Real”ın xeyrinə olmuşdu).
Qolları “Qalatasaray”dan Eboue, Sneyder və Droqba, “Real Madrid”dən isə Ronaldo vurublar.