Gənc bloqçu istintaq idarəsinə aparıldı

Bloqçu Etibar Salmanlı saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. “Media forum” saytının məlumatına görə, Etibar Salmanlı saxlanıldığı barədə xəbəri dostlarına mobil telefonundan ismarış yazmaqla çatdırıb.

Etibar Salmanlının saxlanılmasının “Nida” Vətəndaş Hərəkatının həbsdəki üzvlərinin işi ilə bağlı olduğu ehtimal edilir.

Etibar Salmanlı “Lider” televiziyasının NİDA hərəkatı ilə bağlı süjetində təşkilatın fəal üzvü kimi təqdim olunub. Lakin E.Salmanlı hərəkatdan bir ildən çoxdur uzaqlaşdığını və adının bu xüsusda hallanmasının düzgün olmadığını deyib. Buna görə də o, telekanalı məhkəməyə vermək niyyətindədir.