Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə iş adamı Arzu Kazımovun arasında gedən dialoqun səs yazısını “Azadlıq. TV”-yə təqdim edib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin verdiyi məlumata görə, səs yazısının yayılmasına səbəb A. Kazımovun vəkili Ramiz Zeynalovun həqiqəti əks etdirməyən açıqlamalarıdır. Komitə üzvlərinin rəyinə görə, R. Zeynalov ictimaiyyəti və istintaqı yayındırmaq üçün həqiqətdən uzaq məlumatlar verir.
Səs yazısı A. Kazımovun iş otağında lentə alınıb. Söhbətdə E. Abdullayev, İsmayil Abdulayev və Arzu Kazımov iştirak edir. Dialoqdan məlum olur ki, A. Kazımov M. Abdullayevin azad edilməsi üçü E. Abdullayevdən külli miqdarda pul alıb. A. Kazımov bildirib ki, aldığı pulu Daxili İşlər Nazirliyində yüksək vəzifə tutmuş məhrum general Zahid Dünyamalıyevə (səs yazısı Z. Dünyamalıyev rəhmətə getməzdən əvvəl yazılıb) verəcək. E. Abdullayev təkidlə A. Kazımovdan tələb edir ki, Z. Dünyamalıyevə zəng etsin. Lakin A. Kazımov generala zəng etməkdən imtina edir. Dialoq zamanı oda məlum olur ki, A. Kazımov aldığı pulu geri qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edir.


