Obama balaca oxşarı ilə görüşüb (VİDEO)

Əsl adı Robbi Novak olan və ABŞ prezidenti Barak Obamaya oxşadığına görə “kid President” (Balaca Prezident) kimi tanınan 9 yaşlı uşaq Ağ Evdə prezident Barak Obama ilə görüşüb.

9 yaşı olmasına baxmayaraq, Robbi Novak YouTube-da yerləşdirilən videolarına gələn milyonlarla baxış sayına görə artıq ABŞ-da kifayət qədər məşhurdur.