Misirin Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı korrupsiya ittihamı irəli sürüb. Prokurorun məlumatına görə Hüsnü Mübarək Prezident sarayında işlər aparılması üçün ayrılmış vəsaitdən təyinatı üzrə istifadə etməyib. Bu iş üzrə Hüsnü Mübarəkə qarşı yeni məhkəmə dinləmələri aprelin 13-nə təyin olunub.


