AXCP Gənclər Komitəsi güclənir

VHP-nin akt zalında AXCP Gənclər Komitəsinin yeni üzvləri ilə təlimi keçirilib. Təlimdə Xalq Cəbhəsi Partiyasının və Gənclər Komitəsinin fəaliyyət istiqamətləri ilə bağlı Komitənin sədri Əbülfəz Qurbanlı mühazirə deyib. Sonra yeni üzvlər qəbul olunub. Ə.Qurbanlı deyir ki, gənclərin partiyaya axını var və buna görə də hər həftə belə tədbirlər keçiriləcək. Həmçinin əyalətlərdə də Gənclər Komitələrinin formalaşması və gücləndirilməsi prosesi davam edir.