Şimali Koreya müharibə hazırlığına başlayıb

Rəsmi Pxenyan rusiyalı diplomatlara ölkəni tərk  etməyi tövsiyə edib

Şimali Koreya Xarici Işlər Nazirliyi rusiyalı diplomatlara Pxenyanı tərk etməyi məsləhət görüb. APA-nın məlumatına görə, Rusiyanın Pxenyandakı səfirliyinin mətbuat katibi Denis Samsonv bildirib ki, analoci xəbərdarlıq digər səfirliklərin də əməkdaşlarına edilib.
Diplomat evakuasiya təklifinin müzakirə olunduğunu deyib, lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb. “Interfaks” agentliyi Pxenyan küçələrində sakitlik olduğunu, müharibənin başlayacağına dair heç bir əlamət müşahidə olunmadığını yazır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, hazırda Moskva baş verənləri araşdırmağa çalışır. O bildirib ki, rəsmi Pxenyan diplomatlardan ölkəni tərk etməyi tələb etməyib, bunu yalnız məsləhət görüb:”Bir daha təkrar  edirəm, burada bir çox faktor var, biz hazırda o  faktorları aydınlaşdırmağa çalışırıq”.