Gürcüstan prezidenti bəyan edib ki, NATO-ya yol Türkiyə ilə dostluq və qardaşlıqdan keçir
NATO-ya yol Türkiyə ilə dostluq və qardaşlıqdan keçir. Belə bir bəyanatla Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.
Gürcü əsilli Türkiyə vətəndaşları ilə görüşən Saakaşvili tarixi proseslərdən danışıb. O qeyd edib ki, tarixən Qafqaz xalqları arasında nifaq salan qüvvələr olub. “Rusiya imperiyası bizi dalaşdırdı. Lakin burada (Türkiyə nəzərdə tutulur-red.) etnik abxazlar və gürcülər qardaş kimi yaşayırlar. Deməli, abxazlarla gürcülərin birgə həyatı da mümkündür”, – deyə o vurğulayıb. Gürcüstan prezidenti bildirib ki, əgər Rusiya Qafqaz xalqları arasında nifaq salmasa, Qafqaz bölgəsi güclü və məğlubelməz olacaq.
anspress.com


