Yaşar Cəfərlini döyənlər hərbçi çıxdı

Hərbi ekspert Yaşar Cəfərlini döyənlərin hərbçi olduğu məlum olub. “Qafqazinfo”nun məlumatına görə, dünən Yasamal Rayon Prokurorluğunda olan Yaşar Cəfərliyə bildirilib ki, ona hücum edən şəxslər hərbçi olduğundan ittiham olunan şəxslərin işinə Hərbi Prokurorluq baxmalıdır. Bu səbəbdən iş üzrə toplanmış materiallar Bakı Şəhər Prokurorluğuna göndərilib. Daha sonra iş Baş Prokurorluğa, oradan da hərbi prokurorluğa göndərilməlidir.
Həmçinin Yaşar Cəfərlini döyməkdə təqsirləndirilərək saxlanılan Elxan Hacıyev azad olunub.
Qeyd edək ki, “Ehtiyatda və Istefada olan Zabitlər” Birliyinin rəhbəri Yaşar Cəfərli aprelin 2-də saat 21:30-da fiziki hücuma məruz qalıb. O, baş vermiş hadisədə Müdafiə Nazirliyini ittiham edib: “Müdafiə Nazirliyi və şəxsən nazir Səfər Əbiyevi ciddi tənqid etdiyim üçün hücumu nazir Səfər Əbiyev təşkil edə bilər”.