Hakimiyyətdə Qərbə münasibətdə parçalanma

Bir qrup yumşaldıcı addımlar atılmasını, digər qrup isə  mövcud siyasətin yürüdülməsini istəyir

Hakimiyyət daxilində Kremlə meylli qüvvələrlə Qərblə əməkdaşlıq tərəfdarları arasında kəskin mübahisə yaranıb. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb. Məlumata görə,   son hadisələr xarici işlər nazirinin müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyev arasında ciddi gərginliyə yol açıb.
Mahmud Məmmədquliyev nazirdən prezident qarşısında Qərb təşkilatlarına qarşı kampaniyanın dayandırılması barədə məsələ qaldırmasını istəyib. O, əsaslandırıb ki, hazırki siyasət ölkənin maraqlarına ciddi ziyan verə bilər. Ancaq Araz Əzimov Mahmud Məmməd Quliyevlə razılaşmayıb və aparılan siyasətin düzgün olduğunu xatırladıb. Bununla da söhbətə son nöqtə qoyulub.
“Azadlıq”a daxil olan məlumatlarda da hakimiyyət daxilində Qərbə qarşı münasibətdə ciddi haçalanma var. Vəziyyət real dəyərləndirmək bacırığı olanlar Qərblə konfrantiyasının qəti əleyhinədir. Onlar hakimiyyətin müəyyən yumşaldıcı addımlar atmasında israr edirlər. Əks qütbdə dayananlar isə hesab edirlər ki, yumşaldıcı addımlar hakimiyyətinə mövqelərinə ciddi zərbə vura bilər. Bu cəmiyyətdə iqtidarın təzyiqlər qarşısında geri çəkilməsi dəyərləndirilə və ciddi oyanmaya səbəb ola bilər. Bu baxımdan da onlar anti-Qərb kampaniyasının və mövcud siyasətin davam etdirilməsini vacib sayırlar.