Vəzifəni atasından almış prezident Ilham Əliyevin hökuməti bir çox sahələrdə mətbuatı boğur
Amerikanın IREX layihəsi inkişafa dəstək üçün 2012-ci ildə dünyanın 80 ölkəsində KIV-in Sabitlik Indeksini dərc edib. Bu araşdırmada bütün dünya üzrə 80 ölkədə müstəqil KIV-lərin inkişafı üçün şəraitin ətraflı təhlili verilib.
Sabitlik Indeksi KIV-in “dördüncü hakimiyyət” kimi öz rolunu oynaya bilməsi qabiliyyəti ilə müəyyən edilir.
Bundan başqa, ictimai cəhətdən faydalı, obyektiv məlumatların vaxtlı-vaxtında verilməsi kontekstində bütün KIV sektorunun sabitliyi qiymətləndirilir.
Həmçinin KIV-lərin ictimai müzakirələr üçün vasitəçi qismində nə dərəcədə yaxşı xidmət etdiyi yoxlanılır. Bunu qiymətləndirmək üçün KIV sistemini formalaşdıran beş amil əsas götürülür: söz azadlığı, jurnalistikanın peşəkarlığı, biznesin idarə edilməsi, xəbərlərin müxtəlifliyi və s.
Azərbaycana həsr edilmiş hissədə deyilir ki, ümumi Sabitlik Indeksi 1,83 bal olaraq qiymətləndirilib ki, bu da “KIV-in qeyri-sabit və qarışıq vəziyyəti” deməkdir.
2013-cü il jurnalistlər üçün həbs, məhkəmə iddiaları və yüksək cərimələr ili olub. 2012-ci ildə həbs edilmiş 11 jurnalist və blogerlə Azərbaycan dünyanın 10 aparıcı mətbuat həbsxanalarından biri olaraq qalır.
Jurnalistlər məhdudiyyətlər və daimi təqiblər altında işləyir. Mətbuata qarşı cinayətlər yaxşı araşdırılmır. Jurnalistlərə qarşı 60 zorakılıq halı olduğu haqqında məlumatlar var. KIV-ə qarşı 35 iddia qaldırılıb. Böhtan cinayət olaraq qalmaqdadır. Ictimai informasiyaya çıxış məhdudlaşdırılıb. Mətbuatın sorğularına cavabla gecikdirilir və ya onlara ümumiyyətlə məhəl qoyulmur.
Vəzifəni atasından almış prezident Ilham Əliyevin hökuməti bir çox sahələrdə mətbuatı boğur.
Sayı 5000-dən çox KIV- telekanal, radiostansiya, qəzet və s. fikir plüralizminə gətirib çıxarmayıb. Elektron KIV-lər, o cümlədən ITV ictimai yayımçı və AzTV dövlət televiziyası hökumətin ciddi nəzarəti altındadır.
Yalnız bir telekanal – ANS seçimlə verilən reklam qayğısına qalaraq, çox da aktual olmayan mövzular üzrə tarazlaşdırılmış materiallar təqdim etməyə çalışır.
Hökuməti tənqid edən qəzetlər məhkəmə cərimələri ilə qarşılaşır. 2012-ci ildə parlament kommersiya şirkətlərinin mənsubluğu haqqında məlumat verilməsini qadağan edərək, ictimaiyyətin informasiyaya çıxışını məhdudlaşdırıb.
Özünüsenzura geniş tətbiq olunur. Jurnalistlər hüquq-mühafizə orqanlarının onları müdafiə etdiyini hiss etmir.
2012-ci ildə Internet istifadəçilərinin sayı 3,6 mln.-dan çox və ya əhalinin 40%-nə çatıb. Ənənəvi KIV-lərdə azadlıq olmadığı üçün, bloqlar siyasi hadisələr haqqında şərh yerinə çevrilib, YouTube-da isə kütləvi etirazları və mitinqləri izləmək olar. Real reklam olmadığı bir şəraitdə hakimiyyət KIV-ə Dövlət Dəstəyi Şurası vasitəsilə qrantlar verməyə davam edir. Çətinliklə mövcudluğunu davam etdirən qəzetlər bu gəlir mənbəyini itirmək istəmir. Internet əvvəlki kimi qonşu ölkələrlə müqayisədə bahadır.
Sonda ümumi qiymət verilir: Azərbaycan KIV qeyri-sabit qarışıq sistemdir. Ölkə elan edilmiş məqsədlərə minimum şəkildə cavab verir, yalnız bəsit hüquqi sistemə malikdir, hakimiyyət azad KIV-lərə müqavimət göstərir.
Azad mətbuatda real irəliləyiş, peşəkarlığın artırılması və yeni media biznes layihələri sabitliyin göstəricisi ola bilər. Media biznesinin həyata keçirilməsi (Indeks səviyyəsi 1,35) və söz azadlığı (Indeks səviyyəsi- 1.80) sahəsində vəziyyət daha da pisdir. Bu hesabata əsasən, Gürcüstanda və Ermənistanda oxşar problemlərlə qarşılaşılsa da, bu ölkələrin KIV-nin vəziyyəti Azərbaycandakından yaxşdıır.