“Fənərbaxça” qalib gəldi, “Rubin” uduzdu

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutub. Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutub. Türkiyənin “Fənərbaxça” klubu öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edib və 2:0 hesabı ilə qalib gələrək yarimfinala çıxmaq şanslarını asanlaşdırıb. Milli komandamızın üzvü Ruslan Abışovun komandası “Rubin” isə “Çelsi”nin qonağı olub. Görüş “Çelsi”nin 3:1 hesablı qələbəsilə başa çatıb. Digər oyunlarda “Benfika” “Nyukasl”a 3:1 hesabı ilə qalib gəlib, “Tottenhem” – “Bazel” görüşü isə 2:2 hesablı nəticə ilə bitib.