Morninqstar, cavab verin!

Siz Bəşər Əsədə yardım etdiyi iddia olunan İlham Əliyevin texnoloqusunuzmu?

NIDA-çı gənclər həbs edilir. Cəbhəçi gənclər hələ də zindandadır. Əvəz Zeynallı şərin şərlədiyi növbəti jurnalist kimi dəmir barmaqlıqlar arxasındadır. Amma biz bu arada bir dartışma içərisindəyik. Azərbaycan hakimiyyətinin Qərbi, Şərqi – Dünyanı məğlub etməsi məsləsində bir nəticəyə gələ bilmirik.
Dostlarımdan biri iddia edir ki, Əliyev Qərbi yalvardır. Amma hələ də qaranlıqdır ki, Ilham Əliyev bunu necə, hansı güc və imkanla edir? Və yaxud da bu, özünü nədə ifadə edir?
Azərbaycan hakimiyyətinin əsas sözçülərindən olan Səməd Seyidov həyəcanla demirdimi ki, mənim prezidentim təhlükə qarşısındadır, bizi sendviç kimi əzirlər? Indi siz deyin, mən kimə istinad edim? Və ya “Ilham Əliyevin Qərbi yalvartmağına” necə inanım?
Bütün hallarda bu da bizim üçün cavabsız deyil. Amma gərək oxucularımız da bilsin ki, nə baş verir. Hansısa analitik hakimiyyətin vəziyyətinə dair Səməd Seyidovdan daha etibarlı mənbə olduğunu iddia edirsə, bu da bizim sübuta cəhd etməyəcəyimiz məsələdir.

Əzməyə texnoloq lazımdırmı?

Həmin yazıda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri Ilham Əliyevin texnoloqu olduğunu bildirib. Maraqlı məlumatdır. Buna da ABŞ səfirliyi cavab verməlidir. Biz də həqiqəti bilməliyik. Ilham Əliyevin bu ölkədə elədiklərinə texnoloq lazım deyil ki, texnika lazımdır. Evləri uçurtmaq, insanları suya basmaq, rezin güllələrlə atəşə tutmaq üçün  ABŞ səfiri səviyyəsində texnoloqa gərək varmı?
Siyasi kommersiya və “yüzillik müharibələr”
Insanlar həqiqətləri uğrunda yüz il də savaşıblar. Bunun üçün sadəcə, öz doğrularına inanmaq, onu satmamaq, mövqe dəyişkliyini fikir dəyişikliyindən fərqləndirmək lazımdır. Siyasi kommersiya yaramaz işdir, bundan da yazmaq lazımdır, amma baxır, harda yazırsan. Məncə, bəzən həqiqətləri yazıb divardan asmaq daha effektiv olar.

Seymur Həzi