Kerri yenidən Türkiyəyə gəlir

ABŞ-ın yeni dövlət katibi Con Kerri fəaliyyətə başladıqdan sonra ikinci dəfə Türkiyəyə gələcək. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, martın 1-də Ankarada rəsmi səfərdə olan Con Kerri bu həftənin sonunda yenə Türkiyədə olacaq. Con Kerrinin bölgəyə səfər çərçivəsində Türkiyədə olacağı bildirilir (lent.az).