İtalyan alimlər əfsanəvi “Cəhənnəmin Qapısı”nı tapıblar
“Huffington post”un verdiyi xəbərə görə, “Pluton Qapısı” da adlanan qapı Türkiyənin Pamukkale ərazisində aşkar edilib.
Əraziyə bu ad verilməsinə səbəb, ona daxil olmaq istəyən hər bir canlının burada havaya buraxılan yüksək dərəcəli karbon dioksik qazından dərhal ölməsidir.
Qapı qədim yunan-roma mif və mənbələrində “Plutonun qapısı” kimi təsvir edilir. Qədim yunan və romalılar daha çox mövhumatçı olduğundan, bu ərazinin cəhənnəmin qapısı olduğuna inanırdılar.
“Cəhənnəmin qapısı” yerləşən ərazi italyan alim Françesko DAndriya tərəfindən aşkar edilib və qədim Firg krallığının Hyerapolis şəhərində yerləşir. Hal-hazırda Türkiyə coğrafiyasında olan bu ərazi Pamukkale adlanır (ann.az).