Nardaran mitinqinə görə tutuldu

Cəbhəçi gənci polisə müqavimət adı ilə 10 sutkalıq həbs etdilər

Aprelin 1-də Bakının Nardaran kəndində keçirilən mitinqdə iştirak edənlərdən bir nəfər saxlanılaraq 10 sutka inzibati həbs cəzasına məhkum edilib. O, AXCP Binqədi rayon şöbəsinin üzvü, partiyanın Gənclər Komitəsinin fəalı Veysel Qasımovdur. Partiyadan verilən məlumata görə, Veysəl Qasımov Nardarana mitinqi müşahidə etmək üçün gedibmiş. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb, elə həmin rayon məhkəməsində də ona polisə müqavimət ittihamı ilə 10 sutka həbs veriblər. Hazırda o, Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındadır.