Baş nazir Zoran Milanoviç İlham Əliyevə görüşı görə ittiham edilməsinə cavab verdi
“Bəli, Azərbaycan demokratik ölkə deyil, lakin bizə “korrupsioner diktatorla görüşmüsünüz” deyib hücum etmək yersizdir”
İlham Əliyevin Xorvatiya səfəri bu ölkədə elə narazılıqla qarşılanıb ki, baş nazir Zoran Milanoviç Nazirlər Kabinetinin iclasında məsələyə münasibət bildirməyə məcbur olub.
Narazılıqların “həddən çox şişirdilmiş olduğunu” bəyan edən baş nazir Azərbaycanla iqtisadi əlaqələrin Xorvatiya büdcəsinə pul axınına səbəb olacağını deyib. Həmin QHT lər isə bu büdcədən maliyyələşir – bunu unutmasınlar.
“Bəli, Azərbaycan demokratik ölkə deyil. Lakin düşünürəm ki, bizə “korrupsioner diktatorla görüşmüsünüz” deyib hücum etmək yersizdir. Biz Azərbaycanla konkret müqavilələr imzalamaq üçün çalışırıq və bəzi Qərb və Avropa Birliyi ölkələrindən fərqli olaraq silah alveri etmirik. Biz yeni dəmiryol vaqonları, gəmilər satmaq niyyətindəyik”, – deyə Milanoviç bildib.
Xorvatiyanın baş naziri Azərbaycanın yaxın 10-20 il ərzində demokratiya baxımından inkişaf edəcəyinə inandığını da deyib.
İnformasiya şöbəsi