Amerika və rus əsgərləri Bakıda “döyüşdü” (VİDEO)

Kaliforniyada yerləşən “Electronic Art” şirkəti özünün “Battlefield” döyüş komputer oyunları seriyasından dördüncünü təqdim edib.
Bu oyunda hadisələr Bakıda cərəyan edir. Oyunun adı “Bakıda balıq ovu”dur. Kadrlar 4 ABŞ əsgərinin avtomobil içərisində suda batması ilə başlayır. Sonra isə onların suya düşməsi ilə nəticələnən döyüş səhnələrinin təsviri verilir.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəniz piyadaları korpusunun əlahiddə komandos dəstəsi şəhərin dağılmış bir məktəb ərazisindən başlayaraq, tikinti meydançasına qədər rus əsgərləri ilə döyüşür. 17 dəqiqəlik oyun-döyüşün sonunda amerikalı əsgərlər beton piltənin altınada qalaraq ayağını itirən yoldaşlarını da götürüb avtomobillə ərazidən uzaqlaşmaq istəyirlər. Lakin bu zaman onları rus əsgərlərinə məxsus vertolyot təqib edir. Onlar vertolyotu vurur və vertolyot onların avtomobili qarşısında yerə çırpılır. Nəticədə də amerikalı əsgərlər idarəetmədən çıxan avtomobildə gölə (yaxud dənizə) yuvarlanırlar.
Kadrlarda Bakının neft buruqları, Alov Qüllələri, Azərbaycan bayrağının divara çəkilmiş rəsmi kimi simvollar da əksini tapır.