İlham Rəhimova siyasi və ictimai fəaliyyətlə məşğul olmaq yasaq edilib
İş adamı, Rusiyanın prezidenti Vladimir Putinin yaxın dostu Ilham Rəhimova Azərbaycanda siyasi və ictimai fəaliyyətlə məşğul olmaq qadağan edilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Ilham Rəhimovun artıq bir neçə aydır mətbuatda görünməməsi də bununla bağlıdır. Halbuki əvvəllər tez-tez Ilham Rəhimovun Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə bağlı açıqlamaları ilə tanış olurduq. Bu baxımdan o, iş adamı olsa da həm də ictimai xadim kimi tanınırdı.
Məlumata görə, Ilham Rəhimova qadağanın kökündə Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi dayanır. Hakimiyyət düşünür ki, Vladimir Putinin dostu, Rusiya siyasi dairələrində nüfuz sahibi olan Ilham Rəhimovun Azərbaycanda ictima-siyasi sahəyə baş vurması Kremllə münasibətlərin gərgin olduğu bir vaxtda mənfi nəticələrə səbəb ola bilər.
Məlumata görə, bir müddət əvvəl Ilham Rəhimova Ali Attestasiya Komissiyasında verilən yüksək vəzifənin alınması da bununla bağlıdır. Xatırladaq ki, Ilham Rəhimov cəmi 9 gün həmin vəzifədə qalıb. Sonra qəfildən onunla bağlı sərəncam geri oxunub.
Azad