QOÇ
Günortadan sonra uğur qazanacağınız gözlənilir. Amma yeni münasibət qurmaq, qlobal problemləri həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu gün deyil.
BUĞA
Iş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.
ƏKIZLƏR
Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkanı qazanacaqsınız. Bu istiqamətdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ürəyiniz istəyən yerləri ziyarət etsəniz rahatlıq gətirər.
XƏRÇƏNG
Hər mənada uğurlu gündür. Ulduzlar sizi müdafiə etdiyindən əhvalınız da xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız.
ŞIR
Ulduzlar riskli hərəkətlər etməməyə çağırır. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pula gəlincə, qənaətcil olun.
QIZ
Günorta vaxtları mübahisə və qalmaqallar gözlənildiyindən ehtiyatlı olun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Işlə bağlı məsuliyyətinizi dərk edin.
TƏRƏZI
Gün şəxsi büdcənizdə artım olacağını vəd edir. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da istisna deyil.
ƏQRƏB
Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Problemləri taleyin axarına buraxın. Səhhətinizə də fikir verin.
OXATAN
O qədər də əlverişli gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyəti olmayan məsələlərə müdaxilə etməyin.
OĞLAQ
Bu gün ilk növbədə sahhətinizə diqqət yetirməlisiniz. Ulduzlar daxili orqanlarınızda problemlərin baş qaldıracağını bildirir. Qalan işləriniz normal olacaq.
DOLÇA
Vicdanınızın səsinin diktə etdiyinə qulaq asın, əks hərəkətlər etməyin. Yoxsa ətrafdakılardan üzr istəməli olacaqsınız. Heç kimin qəlbinə dəyməyin.
BALIQLAR
Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Maliyyə məsələlərində isə ehtiyatlı olun.
Günün ulduz falı (28.03.2013)
•