Ümid partiyasının Səbayel rayon təşkilatının sədri Məhəmməd Əliyev və şöbənin 26 üzvü adıçəkilən qurumdan istefa verərək AXCP-yə keçiblər. Bu barədə “avropa.info”nun yaydığı məlumatda bildirilir ki, “Ümid”çilər partiya sədri Iqbal Ağazadənin apardığı siyasətə etiraz olaraq partiyanı tərk ediblər. Onların bir neçə gün sonra bununla bağlı bəyanat verəcəkləri gözlənilir.
Partiyanın Səbayel təşkilatının sədri Məhəmməd Əliyevin özü də “avropa.info”ya açıqlamasında xəbəri təsdiqləyib: “Bəli, informasiya doğrudur. Partiyadan hansı səbəbdən ayrılıb AXCP-yə keçməyimiz məsələsinə gəlincə, bunun səbəblərini verəcəyimiz bəyənatda açıqlayacağıq”.
AXCP-nin Səbayel rayon şöbəsinin sədri Saqif Qurbanov isə bu haqda heç bir məlumata malik olmadığını bildirib: “Ümid”in Səbayel təşkilatının üzvləri tərəfindən mənə heç bir müraciət olunmayıb”.
AXCP-yə növbəti transfer
•