Fransanın əfsanəvi lideri Napoleon Bonapartın 1796-cı ildə həyat yoldaşı Jozefinaya hədiyyə etdiyi qızıl üzük 949 min dollara satılıb.
Üzük Parisdəki Osenat muzeyində ötən gün təşkil edilən açıq auksionda təxmin edilən qiymətindən 50 qat artıq qiymətə müştərisini tapıb. Üzüyü alanın kimliyi açıqlanmayıb.
18-ci əsrdən qalma “toi et moi” (sən və mən) adlı nişan üzüyü almaz və safir daşlardan hazırlanıb. Napoleon Jozefinaya eşqini daşları göz yaşı damlası şəklində hazırlanan bu üzüklə bildirmişdi. Hərçənd onların evliliyi uzun sürmədi.
Napoleonun Jozefinaya bağışladığı üzük satıldı
•
•