Dominikanlı mühacir lotereyada 338 mln. dollar udub

Yeddi nəfərdən ibarət ailəsini dolandırmaq üçün gündə 17 saat işləyən dominikanlı mühacir bir anın içində milyonçu olub. The New York Daily News nəşrinin yazdığına görə, ABŞ-ın Nyu-Cersi ştatında likyor dükanında Powerball lotereya bileti alan bu şəxs 338 mln. dollar udub. 44 yaşlı Pedro Kesado uduşlu rəqəmləri tapa bilib. Biletinin ona uduş gətirib gətirmədiyini öyrənmək üçün dükana girən bu şəxsi artıq onun milyonçu olduğundan xəbərdar olan jurnalistlər gözləyirdi. Uduşun məbləğini eşidən Kesado sevincindən ingilis dili ilə doğma ispan dilin qarışdıraraq suallara iki dildə cavab verib. 

Vergilərin ödənməsindən sonra Kesado 152 mln. dollar əldə edəcək. Beş uşaq atası olan xoşbəxt milyonçu pulları ailəsinə xərcləyəcəyini deyib.