Azərbaycan Portuqaliyaya məğlub oldu

0-2
Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası Portuqaliya yığması ilə qarşılaşıb.

Oyunun birinci hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissə başlayandan az sonra, oyunun 55-ci dəqiqəsində Rauf Əliyev ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoydu. 63-cü dəqiqədə isə Portuqaliya yığması Bruno Alveşin vurduğu qolla hesabı açdı. 78-ci dəqiqədə Uqo Almeyda Portuqaliyanın ikinci qolunu vurdu. Oyun bu hesabla başa çatdı.