Berezovski öldü

İş adamının intihar etdiyi istisna edilmir

Rusiyalı iş adamı Boris Berezovski 68 yaşında dünyasını dəyişib. NEWSru.com-nun məlumatına görə, iş adamı Londondakı mənzillərindən birində ölü tapılıb. Hadisə London vaxtı ilə saat 11-də baş verib. Vəkil Aleksandr Dobrovinski Facebook səhifəsində Berezovskinin intihar etdiyini yazıb. «Birinci kanal»ın məlumatına görə isə bu həftə Berezvskinin bir neçə dəfə ürəktutması baş verib.
Qeyd edək ki, iş adamı son dövrlər maliyyə problemləri ilə üzləşmişdi.

azadlıq.info