Şərq dünyasının böyük dühası

Şihabəddin Yəhya Sührəverdi

Şərq fəlsəfəsinin böyük simaları içərində Şihabəddin Yəhya Sührəverdinin adı parlaq hərflərlə keçir. O, XII əsrin məşhur Azərbaycan filosoflarından, islam mistisizminin ən görkəmli nümayəndələrindən biridir. “Şeyx əl-Məqtul” və “Şeyx əl-Işraq” ləqəbləriylə tanınan Sührəverdi böyük sufi və Işraqilik fəlsəfi məktəbinin banisidir.
Şihabəddin Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixlərdə köçürülmüş əlyazma nüsxələri dünyanın otuzdan çox kitabxanasında saxlanılır. Belə nüsxələrin sayı yüzə yaxındır. Onların əksəriyyətiÿ AMEA ÿƏlyazmalar Institutunda, ÿSankt-Peterburqda ÿŞərqşünaslıq Institutunda,ÿTürkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Aya Sofiya Muzeyi, Istanbul universiteti,ÿIranın müxtəlif mədrəsələri, Tehran Universiteti kitabxanalarında, Iraqdaÿ Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, Ingiltərədə Britaniya muzeyi kitabxanasında, Fransada Paris Milli Kitabxanasında və onlarla belə kitabxanalrda qorunur.
Azərbaycanda Sührəvərdinin həyatı, yaradıcılığı, fəlsəfi irsi ilə bağlı ilk tədqiqatlar AMEA-nın müxbir üzvü Zakir Məmmədov tərəfindən aparılmışdır. Şihabəddin filosofun ləqəbidir. Sührəvərdinin öz adı mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir. Bu məsələ ilə xüsusi maraqlanan ibn Xəllikan onun haqqında yazır:ÿ” Deyilmişdir: onun adı Əhməddir, deyilmişdir onun künyəsi, yəni Əbülfütuh elə onun adıdır”.
Zəkəriyyə Qəzviniÿvə onun kitabının şərhçisiÿƏbdürrəşid Bakuvi, həmçinin Səlahəddin SəfədiÿÿŞihabəddin Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar.ÿQütbəddin Şirazi isə filosofun adının Ömər olduğunu qeyd etmişdir.ÿFilosofun həyat və yaradıcılığını tədqiq edən AMEA-nın müxbir üzvüÿZ.C.Məmmədovÿfilosofun öz şagirdi Şəmsəddin Şəhrəzuri vəÿYaqut Həməviyə istinad edərək filosofun tam adı və ləqəbinin Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olduğunu qeyd edir.ÿ
Tədqiqatçılardan ÿHilmi Ziya Ülkən ÿSührəvərdinin Azərbaycanda doğulduğunu, V. A. Qordlevski isə onun etnik mənşəcə azərbaycanlı olduğunu yazmışlar.ÿ Zakir Məmmədov ÿvə Malik Mahmudovÿda filosofun etnik mənşəcəÿ Azərbaycan türkü olduğunu qeyd etmişlər.
Şihabəddin Sührəvərdinin doğum tarixi haqqında müxtəlif məlumatlar olsa da, Z.C.Məmmədov yazır: “Şihabəddin Sührəvərdinin yalnız gənc adlandırılması faktı göstərir ki, o, ən çox 38 il yaşamışdır. 587-ci hicri ilindən 38 il çıxdıqda mütəfəkkirin təqribən 549-cu (1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş olar”.ÿ
Gənclik dövrü haqqında tarixi mənbələrdə məlumat azdır, amma tədqiqatçı alim Z.Məmmədov ÿonun imkanlı ailədə böyüdüyünü qeyd edir. Şihabəddin Sührəvərdiÿ”kiçik yaşlarında elm və fəlsəfə öyrənmək üçünÿMarağayaÿgetmiş, oradaÿMəcdəddin Cilidən təhsil almışdır”.ÿIbn Xəllikan Şəmsəddin Şəhrəzuri və Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək yazır ki, Şihabəddin Sührəvərdiÿ”fəlsəfənin və fiqhin əsaslarını hər iki sahədə məşhur olana qədər Azərbaycan əyalətlərindən Marağa şəhərində Şeyx Məcdəddin Cilinin yanında oxumuşdu”. Şihabəddin Sührəvərdi sonraÿ Isfahan ÿşəhərinə səfər etmiş, orada Zəhirəddin Farisininÿ yanında ÿperipatetik filosof ÿIbn Səhlan Savininÿ”Bəsirətlər” (əl-Bəsair) kitabını oxumuşdur.ÿ
Şəmsəddin Şəhrəzuri öz müəllimininÿ”çoxlu yerlərə səfər etdiyini”ÿxəbər verir. Şihabəddin SührəvərdiÿAzərbaycanın, ümuniyyətlə Yaxın və Orta Şərq ölkələrinin mühüm şəhərlərini, o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir, Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzmişdir. Sührəvərdi öz elmi-fəlsəfi fikirlərini ən çoxÿKiçik Asiyada yaya bilmişdi. O,ÿRum Səlcuqlu dövlətinin ÿhökmdarıÿ Izzəddin Qılıc Arslanın (1156-1188) rəğbətini qazanmış və onun uşaqlarına (Süleyman, Börküyarıq və Məlikşaha) dərs demişdir.
“Adəm övladlarının zəkalılarından biri…”
Şihabəddin Sührəvərdinin tərcümeyi-halından söhbət açan müəlliflər bir qayda olaraq onun dünya işlərinə laqeydliyini, ətrafda baş verən hadisələrə etinasızlığını xüsusi hal kimi qeyd edirlər.ÿZəkəriyyə Qəzviniÿyazır ki, Şihabəddin Sührəvərdiÿ”dünyanı tərk edən filosof, alim, möcüzələr və qərib işlər sahibi idi. O, adamlardan ayrılıb riyazətlə məşğul olardı”.ÿFilosof eyni zamanda dünyəvi elmlərlə ciddi məşğul olan alim kimi təqdim edilir.ÿIbn əl-Imad Hənbəliÿyazır:ÿ”Sührəvərdi Şihabəddin Yəhya ibn Həbəş ibn ƏmirəkÿAdəmÿövladlarının zəkalılarından biridir. Dəqiq elmləri bilməkdə başçı, kəlam elmində mahir, mühakiməli disputçu, zühdlə məşğul, alimləri saymayan, dinin qullarına istehza edəndir”.
Şihabəddin Sührəvərdinin orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq,ÿsehrÿelmi (elm əs-simya) ilə məşğul olduğunu iddia edənlər də vardır. Ibn Əbi Üseybiə yazır:ÿ”Şihabəddin Sührəvərdi haqqında nəql edilir ki, o sehr elmini bilirdi. Bu fəndən onda müşahidə olunmuş qeyri-adi əhvalatlar mövcuddur”.ÿ
Şihabəddin Sührəvərdi azad fikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman şərqi ölkələrində, habelə Əndəlüsdə tanınmış, böyük şöhrət tapmışdır. Onun əsərlərinin şöhrəti yayıldıqca özünə həm dostlar, həm də düşmənlər qazanmışdır. Şəmsəddin Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə mənfi münasibətini onların onu dürüst dərk edə bilməmələri ilə izah etmişdir. O, yazır ki, Şihabəddin Sührəvərdininÿ”kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər”.ÿ
Şihabəddin SührəvərdiÿMardində öz dostlarındanÿFəxrəddin Mardiniÿvə onun şagirdlərindən ayrıldıqdan sonraÿ Hələbə yollanmışdı. Filosofÿ1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə mədrəsəsinə gəlmişdi. O, mədrəsənin şeyxi Şərif Iftixarəddinin dərslərində oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə görüşürdü. Filosof burada disput məclislərində, diskussiyalarda iştirak edirdi.
Orta əsr ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin Sührəvərdi Hələviyyə mədrəsəsində fiqh, kəlam və fəlsəfəyə dair məsələlər ətrafında keçirilən müzakirələrdə yüksək fəallıq göstərmişdir. Şeyx Iftixarəddin filosofun qeyri adi istedadını, geniş elmi qabiliyyətini yüksək qiymətləndirmiş, dərin rəğbətini gizlətmədən onu başqalarından fərqləndirmişdir. Həmin vaxtdan etibarən bəzi hüquqşünas sxolastlar ona zidd çıxmış, düşmən münasibətində olmuşlar.
Yaqut Həməviÿ yazır:ÿ”Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri, sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər”.ÿIbn Xəllikan da bu faktı təsdiq edərək yazır:ÿ”O, əqidə pozğunluğu və dinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi”.
Mütəfəkkirin bu qədər nüfuz qazanması onun əlehdarlarının hiddətinin daha da artmasına və edamının tələb edilməsinə səbəb olmuşdu. Fəqihlər əl-Məlik əz-Zahirdən onun edam edilməsini tələb etdilər. Hakim razı olmadı, atası Səlahəddinə üz tutdular: “Onlar onun küfrlərini təsdiq edən hökmlər hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Dedilər əgər bu gənc sağ qalarsa əl-Məlik əz-Zahirin etiqadını korlayar. Eləcə də, o, azad edilərsə, ölkədə hər-hansı nahiyyəni korlayar. Səlahəddin Əyyubi Hələbə Qazi Fazilin xətti ilə Şihabəddin Sührəvərdi haqqında oğlu əl-Məlik əz-Zahirə məktub göndərdi. Orada deyirdi: ”Bu Şihab Sührəvərdinin öldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaq və sağ saxlamaq olmaz”.
Əl-Məlik əz-Zahir filosofu öldürtmədi.ÿ”Bundan sonra Səlahəddin bir daha ona yazıb, Şihabəddin Sührəvərdini öldürtməyi əmr etdi, filosofu öldürtməzsə, Hələbi onun əlindən almaqla hədələdi. Bu xəbər Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək verilməməsini xahiş etdi”.ÿProfessorÿZ.C.Məmmədovÿfilosofun ölüm tarixininÿ1191-ci il (587) olduğunu qeyd edir.ÿ
Alimin dəyərli fəlsəfi əsərləri
Şihabəddin Sührəvərdinin sufilik elementlərini daşıyan çoxlu şerləri var. Bu şeirlər ideya dərinliyi və fikir zənginliyi cəhətdən elmi-fəlsəfi əsərləri xatırladır.
Sührəvərdi yaradıcılığa çox erkən başlamış, az müddət içərisində elmi-fəlsəfi və bədii əsərləri ilə bütün müsəlman ölkələrində tanınmışdır. Şihabəddin Sührəvərdinin əsərlərinin ən geniş siyahısını Şəmsəddin Şəhrəzuriÿ”Ruhlar əyləncəsi və sevinclər bağı”ÿkitabında vermişdir.ÿŞagirdi filosofun əlliyə yaxın əsərinin adını sadaladıqdan sonra yazır:ÿ”Bu onun bizə çatan əsərlərinin və xəbərdar olduğumuz yazılarının adlarıdır. Bizə gəlib çatmayan şeylərin olması da mümkündür”.ÿ
Orta əsr müəlliflərin ən Yaqut Həməvi, Ibn Əbi Üseybiə, Ibn Xəllikan, Əfifəddin Yafii, Ibn Həcar Əsqəlani, Əhməd Taşköprizadə və başqaları, xüsusən Hacı Xəlifə Şihabəddin Sührəvərdinin həyatı və yaradıcılığından söhbət açarkən müxtəlif əsərləri üzərində ayrıca dayanmışdır. Şihabəddin Sührəvərdi gənclik illərində peripatetizm məsələləri ilə maraqlanmış, məntiq, metafizika, təbiətşünaslıq elmlərini dərindən öyrənmişdir. Sonrakı dövrdə fəaliyyətini daha da genişləndirən filosof tam yeni bir fəlsəfi məktəbin -ÿIşraqilikÿfəlsəfəsinin əsasını qoymuşdur.
Sührəvərdi “Varlıq” anlayışını “Yoxluq” anlayışı ilə müqayisəli şəkildə nəzərdən keçirmişdir.ÿ”Girişlər və qarşıya qoyulmuş məsələlər”ÿkitabında “Varlıq və yoxluq haqqında” adlı xüsusi bir fəsil vardır. Filosof yoxluğu varlığa nisbətdə aydınlaşdıraraq yazır: “Yoxluq yalnız varlığa görə təsəvvür edilir və əqlə gətirilir”.ÿBu baxımdan əsas diqqət varlıq anlayışına yönləndirilmişdir. Varlıq peripatetik təbirlə vacib və mümkünə bölünür. Filosof yazır:ÿ”Bil ki, özünə görə vacib olmaq vacibliyi ilə başqasına görə olmaq vacibliyi arasında fərq vardır. Özünə görə vacib olan əzəlidir, başqasına görə vacib olan isə meydana çıxmışdır. Həmçinin özünə görə vacib olan özünə görə mövcuddur, deməli, başqasına möhtac deyildir. Haqq təala özünə görə vacib olduğundan əzəlidir, özünə görə mövcud olduğundan başqasına möhtac deyildir, meydana çıxmış deyildir”.
Şihabəddin Sührəvərdi işraqiliyə dair traktatlarında isə filosof bu nəzəriyyənin yeni bir formasını işləyib hazırlamışdır.ÿŞihabəddin Sührəvərdiÿ”Ürəklər bağı”ÿəsərində mövcudatın mərtəbəli quruluşunu Şərq peripatetiklərinin üsulu ilə əsaslandıraraq yazır:
“Deyirlər ki, mələyin vasitəsi olmadan Haqq-təalanın göyü yaratması qeyri-mümkündür, çünki Haqq-təalada iki iradə meydana gələr: biri göyü yaratmaq, digəri mələyi yaratmaq. Mələk göydən daha şərəfli olduğundan mələklə əlaqədar iradə, göylə əlaqədar olandan daha şərəfli olar. Beləliklə burada ixtilaf meydana çıxır. Cəhətlər sabit olur, çoxluq üzərində ulu və müqəddəs sayılma vəhdəti aradan qalxır”.
Tədqiqatçı alim Z.Məmmədov demək olar ki, Şihabəddin Sührəvərdinin bütün yaradıcılığını tədiq etmişdir. Buraya onun fəlsəfi şeirləri,ÿ”Şihabəddin Yəhya Sührəvərdinin həyat yolu”,ÿ”Işraqilik fəlsəfəsinin ontologiyası”ÿvə başqa məqalələri, “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri”, “Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)”, “Azərbaycan fəlsəfəsi tarixi”ÿəsərləri daxildir. Alimin 2009-cu ildə nəşr edilmişÿ”Şihabəddin Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü”ÿəsəri isə Sührəvərdi irsinin tədqiqinə həsr olunmu ən geniş və hərtərəfli araşdırmasıdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir