Mahir Abdullayev Müsavatın üzvü olub?

Arif Hacılı: «Bu məsələni tam araşdırdıqdan sonra ətraflı məlumat verərik»

Son yarım ildə yaydığı ifşaedici videolarla gündəmdən düşməyən, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin Ilham Əliyevə müraciəti haqda “Azadlıq”ın ötən sayında məlumat vermişdik.
Komitənin sədri, eyni zamanda, Mahir Abdullayevin bacısı oğlu olan Azad Mürsəliyevin yazdığı məktubda bildirilir ki, istintaq istər Mahir Abdullayevin, istərsə də yaxınlarının müxalifətlə, xüsusilə Müsavat partiyası ilə əlaqələrinin olub-olmadığını araşdırır, bu haqda məlumatlar toplayır.
Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı Mahir Abdullayevin partiya ilə əlaqələrinə dair suala cavab olaraq bildirib ki, bu haqda məlumatı yoxdur:”Müsavat partiyasının on minlərlə üzvü var. Istisna deyil ki, Mahir Abdullayev də partiyanın hansısa özəyində üzv kimi qəbul olunmuş olsun. Bu məsələni tam araşdırdıqdan sonra ətraflı məlumat verərik. Amma partiyanın təşkilat şöbəsindən mənə verilən ilkin məlumat ondan ibarətdir ki, Mahir Abdullayev heç vaxt Müsavat partiyasının üzvü olmayıb. Amma yenə də araşdırmanı davam etdiririk”.

Bəyim