aslanismayilov-enyeni

“Hakimiyyət çökür, ona görə bu cür təlaşdadırlar”

aslanismayilov-enyeni«Hər bir həbs bu hakimiyyətin sonunu yaxınlaşdıracaq»

Aslan İsmayılov: «Bu hakimiyyətin üst qatında reallığı anlayan adam yoxdur»

Gənclərin “Əsgər ölümlərinə son” ÿşüarıÿ ilə keçirdiyi son aksiyadan sonra hakimiyyət dairələri baş verənlərdən narahatçılığını gizlədə bilmir. Rəsmilər müxalifət qüvvələriilə yanaşı beynəlxalq təşkilatlara, xarici QHT-lərə qarşı da hücuma keçib. Bütün bunlarla bağlı tanınmış hüquqşünas Aslan Ismayılovla  èsöhbətləşdik.

– Son günlər, xüsusilə 10 mart aksiyasından sonra hakimiyyət təmsilçiləri mətbuatda, sosial şəbəkələrdə ittihamlar səsləndirirdilər. Bu günlərdə milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, ekstremist qüvvələr sosial şəbəkələrdən geniş istifadə edirlər. Bu tip açıqlamalar nəyə hesablanıb və bunu necə qiymətləndirirsiniz?
– Fəzail Ağamalı bu hakimiyyətin lakmus ÿkağızıdır. Bu hakimiyyətə nəsə lazım olanda onu birinci Fəzailin dilindən dedirdirlər. O sosial şəbəkəyə, “Facebook”a qarşı çıxanda, “Facebook” səhifəmdə yazdımÿki, hakimiyyət, deyəsən, sosial şəbəkələri bağlamaq fikrinə düşüb. Eldar Mahmudovun çıxışından sonra yenə səhifəmə yazıb qoydum ki, bunlar, deyəsən, doğrudan belə fikirləşirlər. Əgər doğrudan da bunu fikirləşirlərsə, bu artıq fəlakətdir. Bu o deməkdir ki, bu hakimiyyətin üst qatında, ümumiyyətlə, reallığı anlayan bir adam yoxdur. Çünki ağlı başında olan adam ölkədə olan problemi zor gücünə yox, dialoqla həll etməlidir. Zor gücünə heç kim heç nəyi həll etməyib. Bu hakimiyyətin təmsilçiləri gedirlər Amerikada, Vaşinqtonda imdad diləyirlər. Amma hakimiyyəti xilas edəcək, ona arxa ola biləcək millətini təhqir edir, ona qarşı zor tətbiq edir. Bunu anlaya bilmirəm.

“Ramiz Mehdiyevin dedikləri insanda ikrah hissi doğurur”

– Ramiz Mehdiyevin bu günlərdə verdiyi müsahibədə bir sıra məqamlar diqqət çəkir. PA rəhbəri korrupsiyaya qarşı mübarizədə cəzalandırmaların yerli icra hakimiyyəti səviyyəsində məhdudlaşdırılmayacağını deyib. Ancaq hökumət korrupsiyaya qarşı mübarizəyə başladığını elan etdiyi gündən yüksək rütbəli məmurlardan kiminsə cəzalandırıldığını görmədik. Bu yolla korrupsiyanın qarşısının almaq mümkün olacaqmı?
– Birincisi, Ramiz Mehdiyevin o yazısı mənim üçün çox faydalı oldu. Onun mahiyyətinə görə yox. O barədə yazı da yazdım ki, onun mahiyyəti Brejnevin, Suslovun yazılarına oxşadı. Amma ordan götürəcəyim bircə müsbət hal oldu. Gördüm ki, Ramiz Mehdiyevin Azərbaycan mətbuatından xəbəri var. Onda mənim üçün bir şey maraqlıdır. Iki ilə yaxındır Ramiz Mehdiyevi Zülfüqarlı qardaşlarının zavodlarının əlindən alınmasında ittiham edirəm. O niyə buna cavab vermir? Bu yaxınlarda, təxminən 2-3 ay əvvəl mənə yenə də Ramiz Mehdiyevin qohum-əqrabası, xüsusilə kürəkəni Ilham Əliyevlə bağlı müraciət etdilər. Imişlidə Məcnun Şükürovun bazarı alınıb, “Neolit”in yanında V.Rüstəmovun, Novxanıda digər insanların torpaqlarını əlindən alıb. Niyə Ramiz Mehdiyev bunlaraÿ cavab vermir. Korrupsiya burdadır. Ramiz Mehdiyev həmin o müsahibəsində prokurorluğun nə qədər adam tutduğunu, nə qədərini məhkəməyə göndərdiyini sadalayır, öz komissiyasından bəhs edir. Bunlara qulaq asdıqca insanda ikrah hissi doğurur. Doğrudanmı Ramiz Mehdiyev bu 9 milyonu qoyun yerinə qoyub? Doğrudan da 50-100 manat rüşvət alan müəllim və həkimləri tutmaqla korrupsiyanın qarşısını almaq olar? Axı milyonları oğurlayanların heç birinə qarşı tədbir görülmür. Bu da gecə-gündüz mətbuatda deyilir, Ramiz Mehdiyev özü bilir. Ramiz Mehdiyev və onun kimi digər oliqarxların qohum-əqrabası milyardlarla varidatı nəyin hesabına toplayıblar? Şəhərdə hamı kimin əmlakının harda olduğunu bilir. Vergiyə nə qədər ödəyiblər, nə qədər maaş alırlar, hamı bilir. Niyə Ramiz Mehdiyevin, onun kimi digərlərinin doqquzuncu dönəmi qohumuna qədər hamısı milyarderdir. Bu korrupsiyaya qarşı mübarizə deyil. Naziri də tuta bilərlər. Amma bu da heç də mübarizə xarakteri daşımır. Bu da yəqin onunla bağlı olacaq ki, artıq oliqarxlar da bu hakimiyyətin çökəcəyindən əmin olduğundan özlərinə sığınacaq yeri axtarırlar. Onunla bağlı kimisə həbs edə bilərlər. Amma hər bir həbs bu hakimiyyətin sonunu yaxınlaşdıracaq.

“20 milyard büdcəsi olan məmləkətdə insanlar belə yaşamamalıdır”

– Bu arada məlum oldu ki, bəzi nazirlər rayonlara ezam ediləcək. Ancaq maraqlıdır ki, məsələn, regionlarda torpaq bölgüsü ilə bağlı problemlər olduğu halda Qərib Məmmədov bu siyahıda yoxdur. Yaxud gömrük məntəqələrindəki vəziyyət insanlara problemlər yaradır, ancaq Aydın Əliyev ezam olunan nazirlərlər arasında yoxdur. Əvəzində Azad Rəhimov gedir. Vətəndaşlar digər ciddi problemləri olduğu halda Azad Rəhimovdan nə soruşa bilər? Rayonlara ezam olunan nazirlərin siyahısı hansı məntiqlə tərtib olunub?
– Azad Rəhimovdan soruşulası bir şey yoxdur. Çünki ən böyük monopolistlərdən, ölkəni talıyanlardan biri də elə Azad Rəhimovdur. Adını çəkdiyiniz hər bir şəxs bu ölkədə monopoliyanın və korrupsiyanın başında duranlar və həbs ediləsi adamlardır. Qohum-əqrabam Sadıqlı kəndində yaşayır, o insanlar sərhəddi keçirdi o biri tərəfə, adama ÿ1-2 kilo 4 manata ət alıb gətirirdilər. Altı aydı həmin Sadıqlı kəndi ət üzünə həsrətdi. Gətirdiyi bir kilo əti gömrükçü alır atır itlərin qabağına. Nədi-nədi bu sahə monopoliyadadır. Ikincisi də, nazirlərin yerlərə ezam olunması sovet dönəmindən qalmış Ramiz Mehdiyev təfəkkürüdür. Bu gün o dövr deyil. Bu gün bir daha prezident də başda olmaqla hamısı anlamalıdır ki, Azərbaycan adlı məmləkət prezident aparatı ilə Zuğulbada yerləşən bağlar arasındakı yoldan ibarət deyil. O yolu mühasirəyə almış hasarın o tərəfi var. Azərbaycanın Lerik, Qusar, Qazax, Ağstafa rayonu var, ac-yalavac Saatlı, Sabiradad, Kürdəmir var. O kəndlərə getsinlər, görsünlər insanlar hansı şəraitdə yaşayırlar. Bu günlər tanış baş hakim bir şey söylədi. Dedi şənbə-bazar xəstələr hamısı evə gedirdi. Indi heç biri getmir. Soruşanda niyə ÿgetmirsən, deyir, həkim, burda gündə üç dəfə yemək yeyirəm. Xəstələrə səhər qənd, pendir verilir. Nə ki xarab olmur, onu yığıb çıxanda evlərinə aparırlar. Azərbaycanda heç vaxt belə şey olmamışdı. Bunlar dərk etmir ki, doğrudan insanlar pis vəziyyətdədir. Anlamırlar ki, qanun buna dözsə də, Allah dözməyəcək. Bunlarÿ 3-5 ÿadamÿ yaxın ətrafı ilə yağ-bal içində dolanırlar və elə bilirlər ki, hamının vəziyyəti elədir. Bilirəm ki, Ramiz Mehdiyev dəstəsi mənə qarşı hücuma keçib, ayrı-ayrı tədbirlər planı hazırlayırlar. Amma mənim heç nədən qorxacağım yoxdur. Dediklərimi bilmək istəyirlərsə, hakimiyyətdəki istənilən şəxsə yarım gün Azərbaycanın bəzi rayonlarını, kəndlərini göstərim, onlar xəcalət çəksinlər ki, nefti, 20 milyard büdcəsi olan məmləkətin kəndlərində insanlar belə acınacaqlı şəraitdə yaşamamalıdır.

“Hakimiyyətdəkilər başlarını itiriblər”

– Ramiz Mehdiyev son müsahibəsində xarici QHT-lərə, hətta səfirlərə qarşı da hücuma keçib, onları hədələməkdən belə çəkinməyib. Bildirib ki, səfirlər regionlara gedəndə xəbərdarlıq etməsə, onların təhlükəsizliyinə zəmanət verilməyəcək. Bu hücum taktikası hakimiyyətə ÿnəÿ vəd ÿedir?
– Artıq başlarını itiriblər. Şimali Koreyada, Iranda nə edirlərsə, bunlar da eyni şeyi edir. Bu iki ölkə və Azərbaycan bütün dünyaya meydan oxuyur. Səməd Seyidov dəstəsilə gedib Amerikadan imdad diləyirlər. Rusiya ilə Iranı başa düşdük. Axı bütün Avropa, başda Almaniya olmaqla bizə düşməndir. Indi Ramiz Mehdiyevin axırıncı çıxışından başa düşdüm ki, Avropadan, Almaniyadan başqa Amerika da burda 2 milyon dollara çevriliş etmək istəyir. AzTV-yə baxmaq kifayətdir ki, Azərbaycanın dünyanın ən inkişaf etmiş dövləti olduğunu başa düşəsən. Əgər bunların dedikləri kimi doğrudan da belə qüdrətli, 20 milyard büdcəsi olan dövləti 2 milyona cavan uşaqlar devirəcəksə və devirmə qorxusu varsa, demək, bu hakimiyyət çürükdür. Bu hakimiyyət devrilir, çökür ki, bunlar bu cür təlaşdadır. Bu ancaq təlaşın, gücsüzlüyün əlamətidir. Həmin o müsahibədə Ramiz Mehdiyev müxalifəti də günahlandırır ki, Ismayıllıda, Qubada, “Binə”də baş verənləri müxalifət edib. Bunlar tamam məntiqdən uzaqdırlar. Bunlar həmişə deyir ki, Azərbaycanda müxalifət yoxdur. Yox olan müxalifət necə rayonları ayağa qaldıra bilər? Ikincisi, yoxÿolan müxalifət bu qədər narazı insanları ani bir məqamda küçələrə tökə bilərmi? Demək, ya bunlar düz demir, ya da müxalifət var. Ikincisi də, bunlar sadəcə bir şeyi anlaya bilmirlər. Mən də razıyam ki, Azərbaycanda müxalifət yoxdur. Çünki müxalifət olsaydı, Elşad Abdullayevin birinci videosu yayılan günü bütün Azərbaycan xalqını küçəyə töküb bu hakimiyyəti zibilə atardı. Amma mənim bu hakimiyyətin özünə yazığım gəlir. Onların özləri cəhənnəm, bizim hamımızı da uçuruma aparırlar. Mənim, gəlin islahat yolu ilə gedək, ölkədə inqilab, çevrilişlərÿ olmasın – çağırışım ondan irəli gəlmir ki, bu hakimiyyətdə olanlarıÿ sevirəm. Baş verəcək faciəni gördüyümdən bunu istəyirəm. Pavlovun “özünü qoruma instinkti” var. Ona görə bunlar anlamalıdır ki, əhali ilə, xüsusilə gəncliklə zor gücünə danışmaq olmaz. Istənilən zor on qat artıq zor gətirəcək. Birinci dəfə Emin Milli tutulanda dedimÿki, hakimiyyət özünə qəbir qazanlar yetişdirir. Bu gün görürəm ki, hakimiyyət çox sürətlə özünə qəbirÿqazanlar yetişdirir.

“Problem sistemin özündədir”

– “Əsgər ölümlərinə son”ÿşüarı ilə iki aksiya keçirildi və hər ikisində Səfər Əbiyevin istefası tələb olundu. Ancaq Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrlə yanaşı Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda da əsgər ölümlərinə rast gəlinir. Belə çıxır ki, günah təkcə Səfər Əbiyevdə deyil. Bu halda günahkar kimlərdir?
– Problem sistemin özündədir. Sistem özü dəyişməlidir. Nə qədər ki, üst qatda olanların balaları əsgərliyə getməyəcəklər, səngərlərdə yatmayacaq, orda ölənlərə-itənlərə heç kim fikir verməyəcək. Bunların öz balaları ora gedəndə başa düşəcəklər ki, ordakı qaydanı düzəltmək lazımdır. Hesab edirəm ki, hansı qoşun növündə ölüm baş veribsə, onun başında duran cavab verməlidir. Müdafiə Nazirliyi sistemində baş veribsə, Səfər Əbiyev, Sərhəd Qoşunlarında baş ÿveribsə, Elçin Quliyev cavab verməlidir. Bədbəxt valideyn 18 il balasını böyütmür ki, bu harınlamış quldurlar onların canına qəsd etsin.

“Prezidentin vətəndaşı belə təhqir etmək haqqı yoxdur”

– Dövlət başçısının əsgər ölümlərinə münasibət bəlli oldu. Birinci aksiyadan sonra prezident əsgər ölümlərinə etiraz edənləri ünsür adlandırdı. Ali baş komandanın əsgər ölümlərinə belə münasibətini necəÿ qiymətləndirirsiz?
– Bilirsiniz ki, uzun müddət inandığımdan prezidenti müdafiə etmişəm. 2010-cu ildə demişəm ki, artıq müdafiə etmirəm. Ancaq tənqid də etməmişəm. O ifadədən sonra, prezident vətəndaşa ünsür deyəndən sonra, yəqin bu prezidentlə bağlı ağzıma müsbət söz gətirmərəm. Çünki, bu mənim üçün təhqir oldu. Özüm də o tədbirlərə çıxmışam. Fikrim prezidenti devirmək, onu təhqir etmək olmayıb. Fikrim vətəndaşlarımın həlak olmasının qarşısını almaq olub. Prezident məni təhqir edib. Ölkə prezidentinin isə bir vətəndaşı belə təhqir etmək haqqı yoxdur. Onun borcu öz vətəndaşlarının haqqını qorumaqdır. Sonda bir daha deyirəm. Bu hakimiyyətin korrupsiyadan, rüşvətxorluqdan danışmağa haqqı yoxdur. Özümün uzun müddət apardığım cinayət işi ilə bağlı bir məsələni təkrar edirəm. Ölkədəki korrupsiyanın miqyasını görmək üçün, mənim üçün təhlükəli olsa da bir məqamı diqqətinizə çatdırım. Zülfüqarlı qardaşlarının Poladtökmə zavodu əllərindən alınana qədər orada və onunla əlaqədar müəssisələrdə 3200 nəfər adam işləyirdi. Artıq 4 aydır ki, zavod bağlandığından o qədər işçi bekardır, deməli, ac-yalavacdır. Onların dövründə metalalomun bir tonu 170-180 manata alınırdı. Indi Rasim Məmmədovun firması bu işlə məşğul olan kasıblardan 120 manata alır öz firmasından 260-270 manata “Baku Steelə” satır. Zülfüqarlı qardaşları istehsal etdikləri 7-8 min ton metala görə dövlətə 850, 900 min manat işıq pulu ödəyirdilərsə, Rasim Məmmədov onlardan 7-8 dəfə artıq istehsal etdiyi 60 min tona görə 200 min manat, yəni 4 dəfə az, işıq pulu ödəyir. Tək bu sahədən 1 ayda təxminən 50 milyon manat mənimsəyirlər. Bax bunları həbs etmək lazımdır, acından ölməmək üçün 50-100 manat rüşvət alan müəllimləri, həkimləri yox. Bu günləri Zülfüqarlı qardaşlarının əmlakını əlindən alan “BakuÿStel Kompany”nin direktoru Rasim Məmmədov heç kimdən, heç nədən çəkinmədən birbaşa Ramiz Mehdiyevin və Bəylər Əyyubovun adı ilə Zülfüqarlı qardaşlarına hədə-qorxu gəlir. Əminəm ki, bu prosesin başında duran ən azı bu ikisidir. Nə qədər bu hakimiyyət əhali ilə zor gücü ilə danışmaq istəyəcək, o qədər sürətlə öz faciəli sonluğuna doğru gedəcək.

Fizzə