Türkiyədən UEFA-ya ittiham (VİDEO)

UEFA Çempionlar Liqasının 1/4 mərhələsinin püşkatma mərasimindən sonra türkiyəli futbol mütəxəssisi Əhmət Çakar Avropa ali futbol qurumunun püşkatma zamanı fırıldaqa əl atdığını iddia edib. O dediklərinin həqiqət olduğunu sübut etmək üçün sınaq püşkatma keçirib və maraqlıdır ki, bu zaman Lionda keçirilən UEFA Çempionlar Liqasının püşkatması eynilə təkrarlanıb.