Dünən axşam saat 19 :00 radələrində AXCP Beyləqan təşklilatının üzvü Seymur Həsənov həmin rayonun icra hakimiyyətinin qarşısında Beyləqan polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Bu barədə Avropa.info-ya AXCP Beyləqan təkşilatından məlumat veriblər. Aldığımız məlumata görə, Seymur Həsənovun həbsinin səbəbləri haqda polis heç bir məlumat vermir. Hazırda Seymur Həsənov Beyləqan polisində saxlanılır. Ona hər hansısa ittihamın irəli sürülüb-sürülməməsi haqda heç bir məlumat yoxdur.
AXCP üzvü həbs olundu
•