Döyülən cəbhəçi əməliyyat olundu

AXCP-çıgənc fəal Renat Nəcəfov arıtq əməliyyat olunub. Əməkdaşımız Bəyim Həsənli xəbər verib ki, həkimlər əməliyyatın nəticəsi üçün 3 həftə vaxt tələb olunduğunu deyiblər. Bildiriblər ki, bu müddətdə almacıq sümüyü yerinə oturmasa yenidən əməliyyat aparılacaq.

***

Gənclərin 10 mart aksiyasında polisin qəddar zorakılığı ilə ağır xəsarət alan AXCP üzvü Renat Nəcəfov hazırda əməliyyat olunur. Əməliyyat keçmiş “Semaşko” xəstəxanasında həyata keçirilir.

Renat Nəcəfovu aksiyada polis əvvəlcə dəbilqə geyimlə vurub, sonra isə onun başını polis maşınına vurub. Nəticədə Renat Nəsəfov kəllə-beyin tramvası alıb, onun almacıq sümüyü sınıb, sifətində yumşaq toxumalar əzilib.

Daha sonra onu yaralı halda bir gecə polis idarəsində saxlayıb və səhərisi cərimə edərək sərbəst buraxıblar.