Gənclər birlik üçün oxudular (VİDEO)

Bir qrup gənc “Birlik üçün oxu” adlı layihəyə start verib. Layihənin ilk ifasında 50-yə yaxın gənc “Ay Laçın” mahnısını yeni aranjmanda ifa ediblər və bu gün klipin təqdimatını ediblər.

“Birlik üçün oxu” layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış “Playing for Change” (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış “Doğa için çal” (Təbiət üçün çal) layihələrindən ilhamlanıb.

Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.
İlk klip sadəcə Bakı ərazisində çəkilsə də, növbəti kliplər Azərbaycanın müxtəlif regionlarında çəkiləcək.

Layihəni Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Müsbət Dəyişiklik Gənclər Hərəkatı” reallaşdırır.

“Birlik üçün oxu” layihəsinin ilk klipi: