Vatikanda 115 kardinal yeni Roma papasını seçib.
Sikstin kapellasının bacasından ağ tüstü çıxıb ki,bu yeni papanın seçildiyini göstərir.
Mərasimi, səsvermənin nəticələrini minlərlə zəvvar və turist izləyib. Yeni pontifik Vatikanda Müqəddəs Pyotr meydanına toplanan katolikləri salamlayıb. Yeni Papa Buenos-Ayresin arxiepiskopu 76 yaşlı argentinalı Xorxe Mario Berqolyo seçilib. Müqəddəs taxtda o özünə Fransisk adını seçib.
Namizədin qalib gəlməsi üçün 2/3 səs çoxluğu lazımdır.
Bundan əvvəlki iki mərhələdə bacadan qara tustü çıxmışdı.
Keçmiş Roma papası XVI Benedikd səhətinə görə istefa veürib və fevralın 28-də bu postu tərk edib.
Papa istefanın səhhətilə bağlı olduğunu deyir.