«Mən bu yolu seçdim…»
XII əsr şərq aləmində tanınmış filosoflar sırasında Eynəlqüzat Abdulla Miyanəcinin də adı keçir. Əslən Güney Azərbaycanın Miyanə şəhərindən olan filosof alim qısa ömründə bir sıra dəyərli əsərlər yazmış və varlıq təliminin yaradıcılarından olmuşdur.
Tarixi qaynaqların yazdığına görə, miyanəcilər XI-XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsil sayılırdı.ÿMiyanəcinin ilk tədqiqatçısı, görkəmli alimimiz Zakir Məmmədov ÿbunu araşdırarkən müəyyənləşdirmişdir ki, Eynəlqüzat Miyanəcinin babasıÿ Əbülhəsən Əli Həsən oğlu Miyanəciÿè mükəmməl təhsil görmüş hüquqşünas alim və incə təbli şair kimi tanınmışdır. O, eyni zamanda Həmədanÿ şəhərinin qazisi olmuşdur. Orta əsr müəlliflərindən biri onun haqqında yazmışdır:ÿ”Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası. Yəni o, Qazi Əli Miyanəcinin oğlu, Eynəlqüzat Abdulla Miyanəcinin atasıdır”.
Eynəlqüzat Miyanəci öz təhsilinə çox erkən yaşlarında başlamış və Ömər Xəyyam,ÿƏhməd Qəzali,ÿMəhəmməd Cüveyni və başqalarından elmin müxtəlif sahələrini mükəmməl şəkildə öyrənmişdir. Böyük filosof öz həyat yolu haqqında yazırdı:ÿ”Mən bu yolu seçdim. Mühüm və qeyri-mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yolla getmədim. Çünki elm çox, ömürsə qısadır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır”.
Miyanəci 28-29 yaşlarında azad fikirləri ilə bağlı müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalmışdır. Bir sıra dairələr onu kafir elan edir, ölümünə fitva verirlər. O,ÿ1127-ci ildə dostu qazi Kəmalüddövləyə yazmışdı:ÿ”Şəhərdə deyirlər ki, Eynəlqüzat allahlıq iddiası edir. Mənim qətlimə fətva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver”.ÿ
Z.Məmmədov qeyd edir ki, azadfikirli filosof yaxın gələcəkdə cəzalandırılacağını yaxşı bilirdi. Lakin o, öz amalları, idealları uğrunda qurban getməyi özünə böyük səadət sayır, məğrur-məğrur yazırdı:ÿ”Günlər keçəcək, bir səhər görəcəksən ki, Eynəlqüzat bu müvəffəqiyyətə nail olubdur”.ÿ
Sonda onun gözlədiyi baş verir. Ailə şəcərəsi, tutduğu mövqe(Həmədanın baş qazisi) və ya mədrəsəyə rəhbərlik etməsi onu xilas edə bilmir. O,ÿ1128-ci ildə həbs edilib, Bağdad zindanına göndərilir. Öz müasiriÿImadəddin Isfahaniÿyazır ki, “kütbeyin vəzir Əbülqasim Dərgəzini Eynəlqüzat Miyanəcini həbsə aldı, öz zülmündə tələsdi, hökmündə insafsızlıq etdi. Vəzir filosofun qanını axıtmağa imkan tapmaq və cismən əldə saxlamaq üçün onu qolubağlı Bağdada apardı”.ÿ
“Vətən sevgisi imandır…”
Eynəlqüzat Miyanəci Bağdad zindanında yazdığıÿ”Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti”, yaxud müxtəsərÿ”Qəribin şikayəti”ÿadlanan traktatında ağrılı-acılı günlərindən xəbər verir. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözməyib göz yaşları axıdır,ÿ”Vətən sevgisi imandır, gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır” deyə aləmə car çəkir.ÿ
Beləliklə, bir müddət qürbətdə saxlanıldıqdan sonra Eynəlqüzat MiyanəciniÿHəmədanaÿqaytarılır vəÿ1131-ci ildəÿ6 maydaÿotuz iki (hicri tarixi ilə otuz üç) yaşında dərs dediyi mədrəsədə edam edilir.
Onun haqqında Imadəddin Isfahani yazırdı:ÿ”O, görkəmli alimlərdən idi. Fəzilət və zəkada kim onun mislində ola bilər?!”.ÿZəhirəddin Beyhəqiÿ Eynəlqüzat Miyanəcini sufi filosof kimi səciyyələndirmiş, yaradıcılığından nümunələr gətirmişdir.ÿƏbusəd Səmaniÿisə Eynəlqüzat Miyanəci haqqında yazır:ÿ”O, əsrin görkəmli alimlərindən biridir, zəka və fəzilətdə misal çəkilir. Böyük hüquqşünas və istedadlı şair idi”.
Böyük tədqiqatçı alim Zakir Məmmədov filosofun öz irsinə istinadən qeyd edir ki, onun iyirmi dörd yaşına qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm məsələləri əsas yer tutur. Filosofun bundan sonra qələmə aldığıÿ”Həqiqətlərin məğzi”, “Müqəddimələr” və “Qəribin şikayəti”ÿkitablarında sufizmin müxtəlif aspektləri işıqlandırılmış, ona bitkin fəlsəfi məzmun verilmişdir.
Eynəlqüzat Miyanəci “Həqiqətlərin məğzi”ÿsufi-fəlsəfi traktatını iyirmi dörd yaşında ikən yazıb başa çatdırmışdır. Müəllif yüz fəsildən ibarət bu əsərdə ifrat sufi mütəfəkkirlərin istəyini yerinə yetirmək məqsədini güddüyünü söyləyərək onların panteist əhval-ruhiyyəli fikirlərini inkişaf etdirib, təsəvvüfdə fəlsəfəyə geniş yol açmışdır.
“Müqəddimələr”ÿEynəlqüzat Miyanəcinin ən iri həcmli əsəridir. Onun yazılıb tamamlandığı vaxt, filosofun ciddi təqiblərə məruz qaldığıÿ1127-ci ilə təsadüf edir.
Eynəlqüzat Miyanəcinin son əsəri “Qəribin şikayəti”dir. Filosof ölüm ayağında qələmə aldığı bu traktatda öz yaradıcılıq fəaliyyətinə bir növ xitam verir, panteist doktrinalarına, mütərəqqi ictimai-siyasi baxışlarına haqq qazandırmağa çalışır. Bu əsərlər doktor Əfif Üseyran tərəfindənÿ1962-ci ildəÿTehrandaÿçap olunmuşdur.ÿ
Bundan başqa, filosofun öz dostlarına və müridlərinə göndərdiyi geniş mündəricəli sufi və elmi-fəlsəfi “Məktublar” iki cilddə buraxılmışdır. Eynəlqüzat Miyanəcinin panteist fəlsəfəsinin işıqlandırılmasında həmin məktubların xüsusi əhəmiyyəti vardır.ÿ
Miyanəcinin fəlsəfi sistemi
Z.Məmmədov yazır ki, Eynəlqüzat Miyanəci özünün fəlsəfi sistemində həm varlıq təlimini, həm də idrak nəzəriyyəsini tamamilə orijinal şəkildə işləyib hazırlamışdır. O, bütün əvvəlki filosoflardan öz yetkin dialektik mühakimələri ilə də seçilir. Eynəlqüzat Miyanəci dinsizlikdə təqsirləndirilib ittiham edilməsinə baxmayaraq, əsrlər boyu tarixçi və təzkirəçilər tərəfindən görkəmli sufi-filosof kimi yad edilmiş, onun əsərləri ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda köçürülərək əldən-ələ gəzmişdir.
Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteist dünyagörüşünə malik olmuşdur. Eynəlqüzat Miyanəcinin varlıq təlimində “varlıq” bütün mövcud şeyləri əhatə edən ən ümumi qismlərə, məsələn, qədimə və sonradan meydana çıxmışa, kamilə və naqisə, vahidə və çoxa bölünür. Panteist filosof Allah ilə mövcudat arasındakı münasibəti Günəş ilə onun şüaları timsalında aydınlaşdırır. O yazır: “Ümumi camaatın nəzərində deyildiyi kimi, ərzə yayılan şüaların varlığı üçün, qaim Günəşin üzü olmasaydı, şüaların varlığı əsla mövcud olmazdı”.
Eynəlqüzat Miyanəci bildirir ki, hissi idrak üçün müəyyən imkan həddi vardır. Bu mərhələdən sonra əqli (məntiqi) idrak mərhələsi gəlir. Filosof insan əqlinin gücünə, gerçəkliyi dərk etməkdə onun böyük imkanına inanırdı.ÿ”Həqiqətlərin məğzi”ÿtraktatında deyilir:ÿ”Bil ki, əql düzgün tərəzidir, onun hökmləri yalana yol verməyən doğru yəqinlikdir. O, adildir, ondan heç zaman haqsızlıq təsəvvür edilməz”.
Filosofunun dialektikası onun varlıq təlimi və idrak nəzəriyyəsi ilə sıx bağlıdır. Eynəlqüzat Miyanəcinin varlıq təlimindən məlum olur ki, bu tərəflərdən bəzisim digərini əvəz edə bilir, zira, burada əkslik münasibəti ilə yanaşı, eynilik münasibəti də vardır. Məsələn, Eynəlqüzat Miyanəci yazır:ÿ”Varlığın qisimlərinin saysız-hesabsız atributların qisimlərini göstərməsi odur ki, həmin atributlar həqiqətdə nə substansiyanın eyni, nə də ondan başqadır”.ÿ
O, “Həqiqətlərin məğzi” traktatında yazırdı:ÿ”Kamil olmayanlar zənn edirlər ki, hər bir anda mövcud olan şüa, məsələn, özündən qabaqkı və özündən sonrakı anda mövcud olan şüanın eynidir… Əksinə, hər bir anda mövcud olan şüa həmin anda mövcud nisbəti tələb edir. Həmin anlarda mövcud nisbətlər isə zəruri surətdə bir-birindən fərqlənir”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir