İcra başçısı özünü yandıran qızdan xəbərsizdir

Məharət Mustafayev: “Əməliyyat olunmuşam, vəziyyətim ağırdır”

“Mənim hansısa bir vətəndaşın özünü yandırmasından xəbərim yoxdur. Səhhətimdə ciddi problemlər var. Əməliyyat olunmuşam, vəziyyətim ağırdır”. Bu sözləri Moderator.az-a açıqlamasında Gəncənin Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafeyv şəhərin Gülüstan qəsəbəsində evinin sökülməsinə etiraz edən Kəlbəcər köçkünü Almaz Kərimlinin özünə od vuraraq yandırması barədə suala cavabında söyləyib.

İcra başçısı deyib ki,  bir neçə gündür  işə də çıxmır: “Ona görə də heç nədən xəbərim yoxdur”.