Belə künc zərbəsi hələ görməmişdiniz (VİDEO)

Qazaxıstanın yüksək divizionunda baş tutan oyunlardan biri ən minimal tələblərə belə cavab verməyən stadionda baş tutub.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, oyun gedən vaxt stadionun bir hissəsini su basıb. Buna baxmayaraq, hakim oyunu dayandırmayıb. Əvəzində xüsusi texnika vasitəsi ilə suyu stadiondan çəkməyə çalışıblar. Belə bir məqamda futbolçular küncdən zərbə vurmaq məcburiyyətində olublar.