Xədicə İsmayıl sirri

Hökumətlə bağlı məsələ aydındır. Gizlətmək olmaz, müxalif düşərgədə də Xədicə Ismayılı sevməyənlər, ona nifrət edənlər var.
Uzun müddətdir bunun səbəbini düşünürdüm ki, axı niyə? Bu xanım ciddi formada rejimi sarsıtmaqdadır. Gizli sənədlərdə – “WikiLeaks”də çıxdı ki, Ilham Əliyev ona nifrətini hətta diplomatlarla söhbətində də ifadə edib.
Işin qəliz tərəfi burasıdır – Xədicə xanıma nifrət edən müxaliflərin çoxu heç yazar da deyil ki, bunu əsas götürüb fikirləşəsən, onun uğurlarını həzm etmirlər.
Bu gün ABŞ-ın Bakıdakı səfirinin “dişsiz” müsahibəsini, Ilham Əliyevi tərifləmək üçün az qala, min bir yol düşünən səfirin açıqlamasını görüb, Xədicəyə olan münasibətin sirrini çözdüm, deyəsən.
Mənə belə gəldi ki, insanlar Xədicə Ismayılın simasında ABŞ-a, Qərbə qəzəblidilər.
Illərdir Qərbin rejimlə əlbirliyi insanları üzüb. Illərdir ABŞ-ın, Qərbin öz prinsiplərinə göstərdiyi sədaqətsizlik müxalifət cəbhəsini ürəkdən yaralayıb, depressiyaya rejimdən çox səbəb olub.
Xədicə xanım da ya vəlvələdən, ya zəlzələdən bizim ölkədə ABŞ səfiri kimi tanınır. Ona olan qəzəb ABŞ-a, keçmiş səfir, hazırda YAP-ın üzvü Stenli Eskuderoya olan qəzəbdir. Ağlım belə kəsir, başqa heç nə. Yoxsa, Xədicə xanım niyə hamıda rəğbət oyatmasın ki?

Sevirsinizsə, qətiyyətli olun!

Çexovun, adını xatırlamadığım bir hekayəsi var. Bir qız oğlanı sevir. Oğlan da bunu bilir, amma özünün qafil aparır.
Bir gün qızla oğlan dağda küləkli havada sürüşürlər. Oğlan qıza tərəf üzünü tutub yavaşca deyir:
– Maşa (ad fərqli olmalıdır), səni sevirəm!
Qız sevinir:
– Nə, nə dedin?
– Axı heç nə demədim, yəqin, qulağına səs gəlib.
Oğlan sonradan hər dəfə külək qopanda yenə bu cür hərəkət edir və qızın qüruru ilə oynayır.
Indi o qız kimi hiss edirəm özümü.
“Azərbaycan Saatı” iflic olandan xeyli dost-tanış məndən bank hesabını alıb, “A bəy, ölməmişik ki…” deyib.
Dünən bank hesabını yoxlatdırmışam. Bəlli olur ki, o dağdakı qız kimi boşuna ümidlənmişəm. Görünür, o təskinlik verən adamları düz başa düşməmişəm, külək məni çaşdırıb.
Yox, mən sizi düz eşitmişəmsə, hörmətli dostlar, proqramın hesabı budur:
IBAN: TR840006400000242992350181
swift kodu: ISBKTRIS
Türkiye Iş Bankası
Dollar Hesabı
Aydın Taş adına

10 faiz Fazil Mustafa…

Çernişevski “Nə etməli?” romanının əvvəlində oxucuya xitab edir ki, ey oxucu, bu əsəri oxuyanda bir çox bədii naşılıq görəcəksən, cümlə quruluşlarında kobud səhvlə rastlaşacaqsan, amma inanıram ki, onları bağışlayacaqsan. Çünki əsər, yazar həqiqətə xidmət edirsə, oxucu onun səhvlərinə qarş mərhəmətli olur.
Indi gələk özümüzə. Bəlkə də çoxlarınız tanımırsınız, Azərbaycanda belə bir jurnalist var – Ilham Tumas. Onu 90-cı illərin sonundan tanımışam. Bilikli adamdır. Deyilənlərə görə, xeyli kitab oxuyub. Amma çox təəssüf ki, Ilham bu gün rejimə təslim olub. Bəli, təslim. Soruşsan, bəlkə də boyun almayacaq, amma fakt göz qabağındadır. Və bu təslimçilik onu dəhşət piyada göstərir.
Baxın, adam məqalə yazmış və deyir: “Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın həm şəxsiyyətinə, həm də siyasi baxışlarına, məmləkətin problemlərinə yanaşma tərzinə böyük hörmətim olmaqla yanaşı, bunların demək olar, 90 faizi ilə razıyam”.
Fazil Mustafa Azərbaycanda satqınlığa ideoloji məzmun geyindirən və bu dönüklüyü üstünlük kimi cəmiyyətə sırıyan tək-tük insanlardandır. Ilham Tumas bu boyda qəbahəti görmür, onunla 90 faiz razılığını bəyan edir. Bəs yerdə qalan 10 faiz nə imiş?
Nə olacaq, müəllif narazıymış ki, Fazil neyçün Rəfaellə Coşqunu tənqid edib?!
Təsəvvür edirsinizmi? Görürsünüzmü ki, həqiqətdən uzaq olmaq yazarı necə aciz edir? Adamın dərdinə bax – Fazil niyə Coşqunla uğraşır?

Sonra deməyin ki, bilmədik…

Bu günə qədər neftdən əldə etdiyimiz pulun 60 faizinin xeyrini Ilham Əliyev görüb. Yəni, 60 faiz pul gedib işinin dalınca…
Bu gedişatı dayandırmasaq, məhvə məhkumuq.
Bilirsiniz, bu gün sizə AzTV-nin al-əlvan səhnələri xoş gələ, aldığınız 5-10 manat maaş, təqaüd “buna da şükür” dedirdə bilər. Amma unutmayın, bu gün biz gələcək nəsillərin cibinə giririk. Bəli, biz 2020-2025-də doğulan uşaqların qidasını oğurlayırıq, “Pampers” pullarını əkişdiririk.