10 mart “Əsgər ölümlərinə son” aksiyası ərəfəsində fəalların həbsi davam edir.
Ötən axşam həbs edilən Müsavat Partiyası Gəncə Şəhər Təşkilatının üzvü Mahir Bayramlı yerli məhkəmənin qərarı ilə 5 sutka inzibati həbs cəzası alıb. Musavat.com-un məlumatına görə, ötən axşam saat 19 radələrində Mahir Bayramlının evinə 2 polis əməkdaşı gələrək heç bir səbəb göstərmədən onu polis şöbəsinə aparıblar.
Mahir Bayramlının həyat yoldaşının verdiyi məlumata görə, onu polisə müqavimət göstərməkdə ittiham edirlər. Halbuki onu evdən aparan zaman heç bir müqavimət olmayıb.